
Politoloq: Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycan diplomatiyasının qələbəsidir
13:52 18.04.2024
Siyasət
533
Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması rəsmi Bakı və Moskva arasında münasibətləri zəiflədən yox, gücləndirən faktor kimi qiymətləndirilir. Qarabağ mövzusunun artıq bağlanması və ikitərəfli münasibətlərdə hərbi və sülhməramlı komponentlərə ehtiyac olmaması səbəbindən sülhməramlılar Qarabağı vaxtından əvvəl tərk ediblər.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi ölkədə çox xoş qarşılanıb:

"Bu hadisə Prezident İlham Əliyevin diplomatik uğurudur. Uzun illər Azərbaycana qarşı çirkin kompaniya yürüdən qüvvələr Rusiya sülhməramlı kontingentinin Azərbaycana yerləşməsindən sonra öz məkrli məqsədlərini yenidən ortaya qoydular və bu mövzu ilə bağlı ixtisaslarından kənar "proqnozlar" verdilər. Lakin sülhməramlıların bölgədən çıxarılması onların bu əməllərinin iflasa uğramasına səbəb oldu. Bizə məlumdur ki, bu razılaşma Azərbaycan və Rusiya dövlət başçılarının təmasları nəticəsində əldə olunub. Düşünürəm ki, bu razılaşma rəsmi Bakı və Moskva arasındakı münasibətlərə qarşıdakı dövrdə müsbət təsir göstərəcək. Digər tərəfdən sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın həm ərazi bütövlüyünün, suverenliyinin, sülh və təhlükəsizliyin formalaşması həm də, Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirilməlidir".
Yusif Məmmədxanlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi