Pompeo Cənubi Qafqazın “nəbzini yoxladı”: “Yeni mərhələ başlayır”
Banuçiçək Kalbalıyeva
13:53 18.11.2020
Siyasət
1080
“Odur ki, ABŞ xarici siyasətnin yenilənməsində Pompeonun “səfər qeydləri” mühüm rol oynayacaq”
“Səfər həmçinin ABŞ-ın regionla bağlı maraqları, Rusiya, İranla olan münasibətlərlə əlaqələdir”
“Hər halda Bayden hakimiyyəti gələn ildən daha radikal addımlar atacaq”
ABŞ dövlət katibi Mayk Pompeonun Gürcüstana rəsmi səfəri başa çatıb. O, Tbilisi beynəlxalq hava limanından İsrailə yola salınıb. M.Pompeo səfər çərçivəsində yerli mətbuata heç bir açıqlama verməyib. Qeyd edək ki, dövlət katibi ötən gün Tbilisiyə gəlib. O, bu gün Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və xarici işlər naziri David Zalkaliani, patriarx II İlya ilə görüşüb. M.Pompeo QHT nümayəndələri ilə planlaşdırılmayan görüş də keçirib. İlin, ayın bu günündə ABŞ dövlət katibinin regiona səfəri nə ilə bağlıdır? Necə deyərlər, gün hardan doğub?
AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsəduullazadə bu barədə “Sherg.az”a danışıb. Sən demə, məsələ heç də günəşlə, ayla bağlı deyilmiş:
“Hələ rəsmiləşməsə də, prezident seçkilərində Co Baydenin qalib gəldiyi aydındır. Belə bir vaxtda Mayk Pompeonun Yaxın şərqə, o cümlədən Cənubi Qazqaza on günlük səfəri bir növ “nəbz yoxlamaq!”dır.
Bu, gələcək dörd illikdə geosiyasi və geostrateji nizamın yenilənməsinə hesablanıb. Odur ki, ABŞ xarici siyasətnin yenilənməsində Pompeonun “səfər qeydləri” mühüm rol oynayacaq.
Səfər həmçinin ABŞ-ın regionla bağlı maraqları, Rusiya, İranla olan münasibətlərlə əlaqələdir. Hər halda Bayden hakimiyyəti gələn ildən daha radikal addımlar atacaq.
Məsələn Amerikanın Yaxın Şərqdə mövqelərin gücləndirməsi gözlənilir. Odur ki, səfər həm də Yaxın Şərqdə yeni nizama keçidin başlanğıcı kimi qiymətləndirilə bilər.
Hər halda gələn ildən dünyada yeni mərhələ başlayacaq. Amma konkert səfərin ciddi bir təsiri olmayacaq. Bölgədə heç nə dəyişməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm