Prezident Avstraliyanın yeni səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNİB
Prezident Avstraliyanın yeni səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNİB
13:31 05.08.2024
Siyasət
383
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev səfirin ölkəmizə səfərlər edəcəyinə və Azərbaycanın hökumət nümayəndələri ilə əlaqələrimizin gələcək inkişafı məsələlərinə dair səmərəli müzakirələr aparacağına ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iqtisadi-ticari əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.
Siyasi münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında səmərəli əlaqələrin olduğunu bildirdi, lakin investisiya imkanlarından istifadə və ticarət dövriyyəsinin artırılması sahəsində əməkdaşlığın hələ də lazımi səviyyədə olmadığını qeyd etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, səfir fəaliyyətində bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.
Səfir Mayls Robert Armiteyc Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyi bildirdi və qarşıda əlaqələrimizin genişləndirilməsi üçün görüləsi çox işin olduğunu qeyd etdi. O, xüsusilə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.
Mayls Robert Armiteyc COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. O, Azərbaycanın qısa vaxt ərzində COP29 Konfransının keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini gördüyünü məmnunluqla qeyd etdi, ölkəmizin kiçik ada dövlətlərinə dəstəyinin, xüsusilə kiçik ada dövlətlərinin qarşıdan gələn Zirvə toplantısında iştirakı məsələsini xüsusi vurğuladı.
Səfir qeyd etdi ki, Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır.
Bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd etdi.
Görüşdə, həmçinin ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, yaşıl enerji, gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin yaradılması məsələlərinə dair fikir mübadiləsi aparıldı.
***
Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm