
Prezidentin Sorosçu diplomat haqqındakı fikirləri dəqiq diaqnoz və tutarlı cavabdır -ŞƏRH
14:43 20.12.2024
Siyasət
464
Borrel kimilər Qərb diplomatiyasının üz qaralarıdır
Prezident İlham Əliyev “Russia Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bir çox məsələlərə toxunub.
Müsahibədə gələcəklə bağlı mühüm proqnozların və strategiyaların anonsları ifadə edilib, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarla Azərbaycanın münasibələrinin xarakterindən bəhs olunub. Rusiya-Azərbaycan münasibətləri, Gürcüstandakı hadisələr, o cümlədən Rusiya-Ukrayna savaşı və onun gələcək inkişaf ssenariləri, Türkiyə ilə münasibətlər müsahibədə yer alıb.
Müsahbədə Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə keçmiş ali nümayəndəsi Cozef Borrelin fəaliyyətinə toxunan ölkə başçısı deyib ki, Borrell bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı.
Qeyd edək ki, Avropanı cənnət, qalan dünyanı isə cəngəllik kimi görən Borrel Aİ-nin baş diplomatı olarkən Azərbaycan-Ermənistan münasibətlərinə obyektiv münasibət sərgiləyə bilməyib, onun Azərbaycana yönəlik çıxışlarında həmişə qərəz özünü qabarıq şəkildə büruzə verib. Bakıda COP29 tədbirlərinin keçirildiyi bir dönəmdə də, Borrel Aİ-nin o məmurlarından olub ki, Avropa dövlətlərini Bakı tədbirlərini boykota çağırıb, diplomatiyanın etiket qaydalarına belə əməl edə bilməmişdi. Bölgənin geosiyasi konfiqurasiyasına dair rəsmi Bakının Borrel kimi diplomatların baxışlarını bölüşməməsi, xüsusilə Rusiya ilə olan ikitərəfli münasibətlərimiz təəssüf ki, Borrel kimiləri qıcıqlandıran amillərdəndir.
Ölkə başçısının Borrel kimi şəxslər üzərindən bəzi Qərb ölkələrinin və beynəlxalq təşkilat rəsmilərinin aşkar qərəzinə diqqət çəkməsini şərh edən siyasi şərhçi Sona Əliyevanın “Sherg.az"a açıqlamasında deyib ki, Jozef Borrel kimi kirli keçmişi olan siyasətçilər Qərb diplomatiyasının üz qaralarıdır:

“Onlar Avropanın deyil, əslində, SOROS Fondunun maraqlarının müdafiəçiləridirlər. Borrel də Sorosçulara yaxınlığı ilə seçilir. Hətta 2014-cü ildə Qərb mediasında onun "dollar diplomatı" olduğu ilə bağlı silsilə məlumatlar yayılmışdı. 77 yaşlı "qoca tülkü" indi Sorosun Cənubi Qafqaz siyasətinin müdafiəçisinə çevrilib. Söhbət Soros kimi qansovuranların diktəsilə hərəkət edən ispaniyalıdan gedir. Amma Jozef Borrel anlamalıdır ki, Azərbaycan nə Ermənistan, nə də Gürcüstandır. Bakı Cənubi Qafqazın təhlükəsizlik adasıdır. Sorosçular və Qərbdəki bəzi dairələr bunu həzm edə bilmirlər. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel özünü diplomatik etikadan kənarda tutaraq Azərbaycana qarşı ayrı-seçkilik nümayiş etdirir. Halbuki Qərb mehriban qonşuluq siyasəti düsturunu dəstəklədiyini dəfələrlə ali tribunadan vurğulayır”.
Sona xanımın sözlərinə görə, Borrel Qərbin siyasi xəttinə də xələl gətirən simadır. Bu nöqteyi-nəzərdən siyasi şərhçi Prezident İlham Əliyevin ali Sorosçu diplomat haqqındakı fikirlərini dəqiq diaqnoz və tutarlı cavab kimi qiymətləndirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
17:27 07.07.2026
Gündəm
NATO daxilində ciddi etimad böhranı var - Abdullah Ağar
17:14 07.07.2026
Dünya
Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb
16:54 07.07.2026
Dünya
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
16:43 07.07.2026
Gündəm
Rutte elan etdi: Donanma yaradılır
16:11 07.07.2026
Gündəm