Putin: “Kasetli bombalardan bizə qarşı istifadə olunarsa...”
Yusif Nəzərli
08:30 16.07.2023
Siyasət
518
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya kasetli bombalarının tədarükünə münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, "Rossiyа" telekanalına müsahibəsində Putin bildirib ki, ABŞ özü əvvəllər kasetli sursatlardan istifadəni cinayət adlandırıb və buna belə yanaşmaq lazımdır.
Onun sözlərinə görə, ABŞ bunu sursat çatışmazlığına görə edir: "Onların sursatlarla bağlı çatışmazlığı var. Xatırladım ki, Ukrayna ordusu gün ərzində hərbi əməliyyatlarda 5-6 min 155 kalibrli sursat sərf edir. ABŞ isə ayda 15 min ədəd 155 kalibrli sursat istehsal edir".
Rusiya prezidenti ölkəsinin kasetli sursatlarından istifadə etməyə hələ ehtiyacının olmadığını söyləyib: "Lakin onlardan bizə qarşı istifadə olunarsa, bizim cavab vermək hüququmuz var" .
Putin Rusiya ordusunun müxtəlif tipli kasetli sursatları ilə kifayət qədər təchiz olunduğunu da xatırladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm