Putin liderlərin görüşünü təşkil etməyə çalışır
Putin liderlərin görüşünü təşkil etməyə çalışır
Yusif Nəzərli
23:23 12.12.2022
Siyasət
517
Paşinyan isə təmaslar üçün Moskvanı yox, Tbilisini daha uyğun məkan hesab edir
Dünən Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr, 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktik aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib. Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar. Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan, Gürcüstan və Ermənistanın regional dialoq formatının qurulmasını təklif edib. Baş nazir bildirib ki, İrəvan yeni olmayan bu ideyanı hər zaman dəstəkləyib.
Paşinyan həmçinin vurğulayıb ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmunu və keyfiyyəti dəyişməlidir: “Bunun üçün sadə, amma vacib məsələlərdən başlamaq lazımdır”.
Kreml-Bakı arasında təmasları və Paşinyanın görüş təklifini "Şərq"ə dəyərləndirən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, Putin Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü təşkil etməyə çalışır. Ekspert Rusiya rəhbərinin zənginin sülhməramlı qüvvələrlə bağlı Moskvaya nota verilməsi, Laçın yolunda yumşaq gücdən istifadə edilməsi fonunda baş verməsinə diqqət çəkib:
"Putin telefon danışığında ənənəvi olaraq əldə olunan üçtərəfli razılaşmaların yerinə yetirilməsinin vacibliyindən danışıb. Halbuki Rusiya özü razılaşmaların icrasını əngəlləyən əsas tərəfdir. Moskva Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsində maraqlıdır. Məhz Putinin Prezident İlham Əliyevlə telefon danışığında Nikol Paşinyanla görüşün keçirilməsinin təklif edilməsi istisna deyil. Rusiya təşəbbüsün Vaşinqtonun əlinə keçməməsi üçün görüş təyin edir. Əlbəttə, rəsmi Bakı görüşlərin müsbət sonluqla nəticələnməsində maraqlıdır. Dekabrın 7-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşü məhz müsbət nəticəyə ümid olmadığından təxirə düşdü. İndi Nikol Paşinyan yeni görüş üçün Tbilisini uyğun görür. Əslində, Tbilisidə görüş Azərbaycanın bir neçə ay öncə irəli sürdüyü təklifdir. Vaşinqton da bu təklifi dəstəkləyib. Tbilisi görüşü Moskva və Brüsseldən fərqli olaraq daha müsbət atmosferdə keçə bilər. Görünür, ABŞ Paşinyana ciddi təzyiq göstərdiyi üçün baş nazir Moskva yox, Tbilisi görüşündə maraqlı olduğunu deyir. Putinin "əl-ayağa düşməsinin" səbəbi budur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət