
Putin Türkiyəyə dəvət olundu! – “Uzlaşmayan maraqlar var”
Putin Türkiyəyə dəvət olundu! – “Uzlaşmayan maraqlar var”
Yusif Nəzərli
15:10 30.09.2021
Siyasət
445
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı V.Putin ilə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.R.T.Ərdoğan görüşdə səfərinə qarşılıq olaraq V.Putinin də Türkiyəyə səfər etməsini istədiyini və bu təklifə müsbət cavab aldığını vurğulayıb:“Bundan başqa, ilin sonuna qədər Türkiyədə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuranın iclasının keçirilməsini təklif etdim və buna da müsbət cavab verdi”.

Putinin gözlənilən Türkiyə səfərini “Sherg.az”a şərh edən politoloq Natiq Miri qeyd edib ki, bir görüşdə bütün məsələlərin həll olunması mümkün deyil:
“Hətta razılaşdırılmış məqamlar var ki, bunlar müəyyən qədər zaman alır. Düşünürəm ki, Rusiya prezidentinin Türkiyəyə dəvət olunması razılaşdırılmış məqamların icrası, həyata keçirilməsi və irəliyə aparılması üçündür. Bəzən dövlət strukturları arasında müəyyən məsələlər bilərəkdən, qəsdən ləngidilir, yaxud da sabotaj edilir. Çünki dövlət hakimiyyətində müxtəlif şəbəkələrin maraqlarını təmin edən insanlar olur. Eyni zamanda Rusiyada güclü erməni lobbisi mövcuddur. Hər zaman müxtəlif strukturlarda Türkiyəyə qarşı özlərinin mövqelərini ortaya qoymaqla prosesləri sabotaj edirlər. Fikir verdinizsə, danışıqlardan sonra hər iki prezident otaqdan çıxarkən Putin söylədi ki, tez-tez əlaqə saxlayaq, yəni təmasda olaq. Bütün bunlar razılaşdırılmış məsələlərin prezident səviyyəsində nəzarətdə və diqqətdə olması üçündür. Yalnız belə olduğu təqdirdə bu məqamlardan imtina etmək mümkün olmur. Putinin Türkiyəyə dəvət olunması da təxminən bu konteksdədir və düşünürəm ki, bu, müsbət hadisədir”.
Ekspert onu da əlavə edib ki, bir çox məsələlərdə Rusiya və Türkiyənin geosiyasi maraqları uzlaşmasa da, iki ölkənin prezidenti qarşılıqlı etimad yaradıblar:
“Görüşəndə bütün problemlərə baxmayaraq, ortaq razılaşdırılmış məqamlar üzərindən müəyyən anlaşmalara gedə bilirlər. Bilirsiniz ki, Suriya İdlib məsələsində razılaşmalar olub. İdlibdə “Təhrir əş-Şam” terror qruplaşmasının zərərsizləşdirilməsi ilə yanaşı, Rusiyanın PKK və onun Suriya qolu PYD-nin cənuba doğru Türkiyə sərhədindən 30 kilometr geriyə çəkilməsini təmin etmək kimi öhdəlikləri var. Bu gün Rusiya ittiham edir ki, Türkiyə verdiyi sözü tutmur, İdlibdə olan “Təhrir əş-Şam” qruplaşmasını zərərsizləşdirmir. Bunun qarşılığında PKK ilə bağlı Rusiya öhdəliklər üzərinə götürüb. Lakin hələ də on minlərlə PKK və Suriya qolunda olan terrorçular Münbiçdə və o əhatədə qalmaqda davam edirlər. Hətta onlara Rusiya PKK-çıları adı da verilib. Bu konteksdə müəyyən razılaşmalar olub, həyata keçirilməsi üçün zaman və nəzarətə ehtiyac duyulur. Həmçinin Qarabağla bağlı razılaşmaları da qeyd etməliyik. Biz bunu Rusiya prezidentinin Türkiyənin Qarabağda sabitləşdirici güc olduğunu etiraf etməsində də gördük. Bu çox önəmli bir açıqlamadır. Əslində Putinin Türkiyənin Azərbaycanda həlledici geosiyasi amil olduğunu qəbul etdiyini göstərir. Artıq Azərbaycan-Ermənistan məsələsini bütovlükdə bu iki güc həll edə bilər. ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin regiona yenidən gəlməsinə, yaxud da İranın Azərbaycanla sərhəddə atılıb-düşməsinə rəğmən Putin Qarabağdakı əsas faktorun Rusiya ilə Türkiyə olduğunu dedi. Kommunikasiyaların açılmasından tutmuş, erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına, ermənilərin yaşadıqları ərazilərdə Azərbaycanın suveren hüquqlarının tam bərpasına qədər məsələlər müzakirə olunub. Bütün problemlərin həlli üçün zaman-zaman bu cür görüşlərə ehtiyac var”.
Samirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm