
Putinin Türkiyəyə gözlənilən SƏFƏRİ: "Soyuq külək fırtınaya çevriləcək?"
14:55 14.07.2023
Siyasət
511
"Artıq bir neçə dəfədir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılırdı. Maraqlısı budur ki, Kreml məsələyə soyuqqanlı yanaşır. Putinin qardaş ölkəyə gedəcəyi inandırıcı deyil".
Bunu "Sherg.az"a siyasi şərhçi Kənan Novruzov Putinin avqustda Türkiyəyə səfər edəcəyi barədə danışarkən deyib. Onun sözlərinə görə, Putin Türkiyəyə gedərsə, Türkiyə Prezidenti R.T. Ərdoğan Rusiyaya çox ciddi jest etmiş olacaq:

"Çünki bir çox qərb ölkələri artıq V.Putin haqqında həbs qərarı verib. Rusiya lideri qardaş ölkəyə gedərsə, Ərdoğan ona jest etməklə yanaşı, həm də qərb dövlətləri ilə münasibətində çatlar yaranacaq. Türkiyə başçısı belə bir addım atmayacaq. Tərəflər arasında görüş ya Rusiya ərazisində, ya da üçüncü ölkədə baş tutacaq. Ərdoğan Rusiyaya səfər edə bilər. Çox maraqlıdır ki, artıq 2-3-cü dəfədir, Putinin avqustda Türkiyəyə gedəcəyinə dair məlumatlar yayılır. "Azov" döyüşçülərinin Ukraynaya qaytarılması, Türkiyənin İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırması, Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri və digər məqamlar onu deməyə əsas verir ki, Moskva ilə Ankara arasında "soyuq küləklər" əsməyə başlayıb. Çox güman, Kremlin Putinin Türkiyəyə ehtimal olunan səfərinə soyuq yanaşmasının əsas səbəbi də "soyuq küləklərlə" bağlıdı. Ərdoğan isə bütün imkanları ilə münasibətləri qorumaq istəyir. Əslində indiki məqamda şimal qonşumuzun da qardaş ölkədən inciməyə haqqı yoxdur. Ümid edirəm ki, "soyuq küləklər" "fırtınaya" çevrilməz. Əks halda ən çox əziyyət çəkən elə Putin özü olacaq".
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlama verib. Türkiyə lideri bildirib ki, avqust ayında Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hazırlıqlar görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm