Qadağanı qüvvədə saxlamaq lazımdır
06:11 27.11.2020
Siyasət
737
Hələ ki, Xocalı aeroportundan uçuşlara icazə vermək olmaz
"Xocalı aeroportunun beynəlxalq reyestrə salınması və burada uçuşların təşkil edilməsi, yalnız Azərbaycanın nəzarətində olmalıdır. Xocalı aeroportuna bu müddət ərzində Azərbaycanın razılığı olmadan hər hansı bir beynəlxalq uçuş həyata keçirilməyib. Hətta Ermənistan bəzi istisnalar olmasına baxmayaraq, bu uçuşlara risk etməyib".
Bu sözləri MCP sədrinin müavini Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hazırda Xocalı aeroportu Azərbaycan hərbiçilərinin nəzarətində deyil:
"Rusiya köhnə "DQMV sərhədləri" çərçivəsində status-kvonun davam etdirilməsində maraqlıdır. Məhz Xocalı da ermənilərin nəzarətində olacaq. Təbii ki, bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Və burada suverenliyimiz bərpa olunacaq. Bu, danışıqlar mərhələsində həll ediləcək. Hazırkı situasiyada Xocalı aeroportuna uçuşların icazə verilməsi yolverilməzdir. Yalnız Xocalı aeroportuna Azərbaycanın tam nəzarətini təmin etdikdən sonra bu reallaşa bilər".
M.Əsədullazadə vurğulayıb ki, Ermənistanın Xocalı aeroportuna uçuşlarına icazə verməmək, ermənilərin nəzarətində olan bu aeroporta beynəlxalq uçuşları qadağanı qüvvədə saxlamaq lazımdır:
"Əgər nəzarətimizdə olmayan Xocalı aeroportunda uçuşlar olacaqsa "Arstaxin tanınması" istiqamətində ermənilər fəaliyyətlərini genişləndirəcək və buradan Qərb ölkələrinə aviareyslər təşkil ediləcək. Bu, birbaşa Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə zərbə ola bilər. Əgər uçuşa icazə verilsə, Ermənistan Baş naziri Nikol Paşinyan təyyarə ilə nümayişkaranə şəkildə buraya səfər etməsinə heç kim zəmanət verməz. Moskva da Xocalı aeroportunun fəaliyyətində maraqlıdır.
Aeroportun işə düşməsini Kreml israr edir. Guya buradakı "sülhməramlı qüvvələrini" təchizatla təmin etsin. Amma bunun arxasında əsas məqsəd Qarabağa uçuşları bərpa etməkdir.
Əsas məqsəd Xankəndi-Moskva reysindən hərbi məqsədləri üçün istifadə etməkdir. Həmçinin Qarabağda ermənilərin Rusiya ilə əlaqələrini birbaşa qursun. Ona görə də belə bir uçuşlara icazə vermək olmaz.
Yalnız aeroport Azərbaycanın nəzarətində olacaqsa, burada uçuşlara icazə və təhlükəsizliyinə zəmanət vermək olar. Dekabrın 1-dən sonra Xocalı aeroportuna nəzarəti tələb etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya