
“Qarabağdakı erməni separatçıları ruslar cəsarətləndirir”
Yusif Nəzərli
14:13 28.11.2022
Siyasət
578
"Ermənistan KTMT dən müsbət cavab ala bilmədikdən sonra, Azərbaycana qarşı aqressivləşib".
Bunu "Sherg.az"a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev ermənilərin Xocavənd, Füzuli, Tərtər və Ağdam istiqamətlərindəki mövqelərimizi atəşə tutmasına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu aqressivləşmə iki istiqamətdə həyata keçir:

"Birincisi, ermənilər Aİ -dən dəvət etdikləri mülki missiyaya göstərmək istəyirlər ki, Azərbaycan atəşkəsi pozur. Yəni ordumuzu Ermənistan tərəfinə atəş açmağa təhrik edirlər ki, həmin heyət bunu qeydə alsın və gələcəkdə Avropa institutlarında ölkəmizə qarşı istifadə etsin. Bu istiqamətdə bizim silahlı qüvvələrin cavab verməsi üçün isə heç bir problem yoxdur. Çünki arada bufer zona olaraq üçüncü tərəfin yaraqlıları yerləşdirilməyib".
Ekspertin sözlərinə görə buradakı digər istiqamət Qarabağda olan qeyri-qanuni hərbi birləşmələrin atəşkəsi pozmasıdır:
"Onları isə rus sülhməramlıları cəsarətləndirir. Yəni onlar elə bir şərait yaradır ki, atəşkəsin pozulsun və bununla da sülhməramlıların Qarabağdakı davamiyyət müddəti uzadılsın.
Burada ermənilərin də hiyləgər düşüncələri yer alır. Onlar Rusiya sülhməramlılarının arxasında gizlənərək atəşkəsi pozanda, Azərbaycan ordusu da cavab verməli olur.
Ermənilər isə düşünür ki, bu toqquşma zamanı qarşı tərəfə atəş açıldıqda rus sülhməramlılarının heyətindən kimsə ya həlak olsun, ya da yaralansın.
Qısaca desək, onlar Azərbaycan və Rusiya arasındakı münasibətlərin pozulmasına çalışırlar. Ümumiyyətlə, rəsmi İrəvan bu kimi təxribatlarla Bakının atacağı addımları tələsdirməyi hədəfləyir.
İstənilən halda Azərbaycan bu ərazilərdə antiterror əməliyyatları keçirməyin legitimliyini özündə saxlayır. Əgər rus sülhməramlıları qanunsuz birləşmələri torpaqlarımızdan çıxarmasa, bunu Azərbaycanın etmə ehtimalı yaranır. Bu əməliyyatların nə zaman və harada keçirilməsini, Rusiya sülhməramlılarının fəaliyyətsizliyi və qeyri-qanuni qüvvələrin atacağı addımlar müəyyən edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat