
Qarşıdakı 3 ay Zelenskinin sonunu gətirə bilər - RƏY
Yusif Nəzərli
18:41 13.01.2024
Siyasət
632
Putin təkbaşına başda ABŞ lideri olmaqla, Qərb dövlətlərinin rəhbərlərini psixoloji və siyasi cəhətdən əzir
"Atəşkəs sadəcə Rusiyanın mənafeyinə xidmət edir, biz atəşkəsə qarşıyıq". Bu sözləri Estoniyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Ukrayna torpaqlarında müharibə zamanı veriləcək fasilə atəşkəs anlamına gəlməməlidir: "Bu, həmçinin Rusiya və ya digərləri ilə siyasi dialoq demək deyil". Dövlət başçısı Avropanın Ukraynanın hərbi rezervlərinin tamamlanmasında uğurlu olmadığını da açıqlayıb. O qeyd edib ki, Putini dayandırmayana qədər, müharibəni dayandırmayacaq: “Bu yaxınlarda o, Finlandiya və Özbəkistandan danışmağa başladı. Biz hamımız birlikdə onu dayandırmayana qədər Putin dayanmayacaq. Rusiyanın Baltikyanı ölkələrə və Moldovaya hücumu da istisna deyil". Rusiya hərbçiləri Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər. Ukraynanın Baş prokuroru Andrey Kostin deyib ki, elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, atılan mərmi Şimali Koreya tərəfindən hazırlanmış qısamənzilli raketdir.
ABŞ Ukraynanın Rusiyaya qarşı müharibə planını təkmilləşdirməsini istəyir. “Blumberq”in məlumatına görə, məsələ ilə bağlı ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenski ilə danışacağı gözlənilir: “ABŞ Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında yaranan fikir ayrılığından narahatdır. Bu da yeni strategiyanın hazırlanması səylərini ləngidir. Ukrayna ordusu indi 2024-cü il üçün planlar hazırlayır və bütün variantlar nəzərdən keçirilir. Kiyevin müttəfiqləri deyirlər ki, mövcud mövqeləri müdafiə etmək və Rusiyanın müdafiə xətlərini yarmaq üçün aydın hərbi strategiyanın hazırlanması çox vacibdir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Ukraynaya 3 ay ərzində hərbi yardım edilməsə, Putin Zelenskinin sonunu gətirə bilər. Ekspertin fikrincə, Qərbin Rusiyaya Ukraynada qətiyyətli cavab verməməsinin əsas səbəblərindən biri Fransa, Almaniya, Böyük Britaniya və ABŞ liderlərinin qətiyyətsizliyidir:

"Putin təkbaşına başda ABŞ lideri olmaqla, Qərb dövlətlərinin rəhbərlərini psixoloji və siyasi cəhətdən əzir. Kreml rəhbəri Qərbə qarşı prinsipial və qətiyyətli şəkildə müharibə aparır. Təbii ki, Putinin Ukraynaya qarşı müharibəsi yeni ittifaq dövləti yaratmaq planının tərkib hissəsidir. Şərqi Avropanı götürməklə, Qərbi Avropanı da özündən asılı salmağı planlaşdırır. Məsələ ondadır ki, Qərbdə siyasi dəyərlər aşınır. Qərb ölkələri Rusiyanın qarşısını almasa, rus bayrağı təkcə Kiyevdə deyil, Polşanın paytaxtı Varşavada da dalğalana bilər. Hazırda ABŞ Ukraynaya hərbi yardımları dayandırıb. Avropa liderləri fikir ayrılıqlarını davam etdirir. Bütün bunlar Putinin Ukraynada qələbəsini yaxınlaşdırır və yeni dövlətləri işğal etmək planını hazırlayır. Vaşinqton diqqətini Ukraynaya deyil, Yəmənə və İsrailə yönəldib. Çünki Hizbullah İsraili 24 saata məğlub edə biləcək hərbi gücə malikdir. Vaşinqton Ukraynanı Rusiya rasizimi ilə üzbəüz buraxıb. Ukrayna hər gün böyük itkilər verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya