Rauf Arifoğlu danışdı: "Biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq"
Banuçiçək Kalbalıyeva
08:50 10.02.2020
Siyasət
855
"Dəyərli dostlar, deputatlığa namizəd olduğum 35 saylı Xətai üçüncü seçki dairəsinin nəticələri MSK tərəfindən açıqlanmayıb. Buna səbəb kimi həmin dairədən şikayətlərin olması göstərilir. MSK sədri Məzahir Pənahov mətbuat konfransında deyib ki, bu şikayətlərə həssaslıqla baxılacaq, bəlkə də heç bir əsası yoxdur, bəlkə də hansısa addım atılmalıdır. Bizim dairədən başqa, daha bir neçə seçki dairəsində də analoji vəziyyət haqqında məlumat yayılıb".
Serq.az-ın xəbərinə görə, bu sözləri namizəd olduğu dairədə seçkinin lider namizədi dəqiqləşməyən "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.
O, qeyd edib ki, seçki mürəkkəb bir tədbirdir, böyük bir yarışdır, onminlərlə insanın seçici olaraq rol aldığı, tərəflərə bölündüyü nəhəng siyasi hadisədir:
"Bu baxımdan, gərginlik, çəkişmə, mübahisə gözləniləndir. O cümlədən də şikayətlər. Biz də seçkinin gedişatına dair rəqibimizin qanunsuz əməlləri və saxtakarlıqları barədə şikayətlər vermişik. Lakin biz özümüzə və qələbə əldə etdiyimizə inanırıq. Seçki qərargahımızdakı məlumatlar göstərir ki, mən ən yaxın rəqibimi bir neçə min səs fərqi ilə üstələmişəm. Biz bu nəticə üçün gecə-gündüz, soyuq-qar demədən, çalışdıq. Dürüstlüyümüzə, əvvəldən sona qədər, bütün prosesi şəffaf və halal apardığımıza əminik. Buna görə də hər hansı araşdırma bizim maraqlarımıza uyğundur. Belə bir addım qələbəmizin legitimliyini daha da möhkəmləndirəcək. Ona da əminəm ki, ən qısa zamanda hər şey aydınlaşacaq, haqq etdiyim qələbə rəsmiləşəcək, daha da legitimləşəcək və həm minlərlə narahat seçicim, həm dostlar sevinəcək. Millətimizə və dövlətimizə xeyirli olsun!".
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası R.Arifoğlunun namizəd olduğu dairədə şikayətlərin çoxluğu səbəbindən lider namizədin adını açıqlamayıb, nəticəni araşdırmadan sonra elan olunacağını bildirib.
Xatırladaq ki, həmin dairədən "Yeni Müsavat" rəhbərinin əsas rəqibi Ümid Partiyasının sədri İqbal Ağazadədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə