Rəisinin işi asan olmayacaq:“Qarşısında “titanik” problemlər var”
Banuçiçək Kalbalıyeva
08:52 13.08.2021
Siyasət
567
“İran prezidenti İbrahim Rəisi parlamentə nazirlər kabinetinin siyahısını məktubla göndərib. Parlament nazirləri avqustun 22-dəki iclasında müzakirə edəcək. İbrahim Rəisi əsas postlara İslam Keşikçiləri Korpusuyla sıx bağlı və anti-Qərb meylli namizədləri irəli sürüb”.
Bu sözləri “Atlas” Aradırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı: “Misal üçün, xarici işlər naziri vəzifəsinə irəli sürülən Hüseyn Əmir Abdullahiyan “Sepah”ın “Qüds” briqadasına yaxın şəxsdir. O, Qərbə və İsrailə nifrət edən açıqlamaları ilə yadda qalıb.
“İsraili hər an dağıdıb, onun şəhərlərini viran qoya bilərik” deyən yeni nazir ali dini lider Əli Xameneyi və “Hizbullah”ın lideri Həsən Nəsrullahla yaxınlığı ilə tanınır. Rəisinin daxili naziri postuna irəli sürdüyü Əhməd Vəhidi də beynəlxalq aləmdə böyük rezonans doğurub. Əhməd Vəhidi 1994-cü ildə “Sepah” və ETTELAAT-a bağlı qüvvələrin Argentinanın paytaxtında yəhudilərə məxsus “Amya” mərkəzində törətdiyi terror aktında iştirakda şübhəli bilinir. Həmin partlayış zamanı 80-dən çox insan həlak olmuşdu. O, 2007-ci ildən İnterpol-un axtarış siyahısındadır.
E.Şahinoğlunun sözlərinə görə, yeni nazirlərin işi heç də asan olmayacaq:
“Beləliklə, İbrahim Rəisi kabineti də özü kimi mühafizəkarlardan formalaşdırıb. Parlamentdə mühafizəkarların çoxluqda olduğunu nəzərə alaraq nazirlərin təsdiq olunacağı şübhə doğurmur.
Yeni nazirlərin qarşısında “titanik” problemlər var. Birincisi, İranda pandemiya tüğyan edir, virusa yoluxma və ölüm halları azalmır, vaksin çatışmır.
İkincisi, pandemiya və sanksiyalar iqtisadiyyatı çökərdib, sosial problemlər artıb. Üçüncüsü, Tehranın Vaşinqtonla “nüvə anlaşması” danışıqları “dalana dirənib”. Dördüncüsü, İran İsraillə müharibə astanasındadır. Beşincisi, Tehranın ərəb dünyasının bir hissəsiylə də münasibətləri gərgindir.
Bu problemləri islahatçı adlanan keçmiş prezident Həsən Ruhani və komandası həll edə bilmədi. Mühafizəkarların şansı nə qədərdir – bunu zaman göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya