Rəsmi Bakı türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır
Ayyət Əhməd
14:36 16.10.2019
Siyasət
806
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və görüşdə müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Bakıda keçirilən Zirvə Görüşü Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edir. Ötən dövr ərzində Türk Şurası çox səmərəli fəaliyyət göstərib".
Bu sözləri Sherg.az-a millət vəkili Sevinc Fətəliyeva deyib.
Deputat qeyd edib ki, bu dövr ərzində mədəni, humanitar , iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar adılıb:
"Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir. Həmçinin ölkəmiz türkdilli ölkələr arasında əlaqələrin güclənməsində də maraqlıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin əhəmiyyətini xüsusi vurğulayıb. Bütövlükdə, türkdilli xalqları bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir. Zirvə Görüşündə dövlət başçıları münasibətlərin inkişafı ilə bağlı vacib təkliflər irəli sürdülər. Gələcəkdə bu təkliflərin reallığa çevrilməsi isə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək.
Türk Şurasına sədrliyin Qırğızıstandan Azərbaycana keçdiyini xatırladan millət vəkilinin sözlərinə görə, ölkəmiz təşkilata uğurla sədrlik edəcək:
"Bu platforma qloballaşan dünyada bütün türk dünyasının birliyi baxımından çox önəmlidir. Ona görə də, gələcəkdə türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə