Rus qoşunları Krım və Donbassdan da çıxmalıdır
Yusif Nəzərli
21:20 28.02.2022
Siyasət
697
Belarusdakı görüş nəticəsizdir, Zelenski güzəştə getməyi düşünmür
Dünən Belarusda Rusiya-Ukrayna danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətini keçmiş mədəniyyət naziri Vladimir Medinski, Ukrayna tərəfini isə deputat David Araxamiya təmsil edib. Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakirə olunub. Ukrayna nümayəndə heyəti Belarusda Rusiya tərəfi ilə danışıqlar zamanı bütün rus qoşunlarının çıxarılmasını tələb edib. Bildirilib ki, Ukrayna nümayəndə heyəti rus qoşunlarının o cümlədən, Krım və Donbassdan çıxarılmasını tələb edib. Məlumat üçün bildirək ki, Ukrayna və Rusiya nümayəndələri görüşərkən rus ordusu Xarkovu bombalayıb. Hava hücumu nəticəsində xeyli mülki sakin həyatını itirib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə bildirib ki, Rusiya görüşə razılıq verməklə dünyaya danışıqlarda maraqlı olduğunu göstərmək istəyir. Analitikə görə, Moskva çalışır ki, üzərində savaşın məsuliyyəti qalmasın:
“Rusiyanın arqumentləri o zaman təsirli görünərdi ki, Moskva iddia etdiyi kimi iki günə, yəni 48 saata “ildırımsürətli müharibə” ilə Ukraynaya qalib gələrdi. O zaman Qərb də bunu qəbul edərdi. Amma biz gördük ki, tamamilə fərqli senari cərəyan etməyə başladı. İlk görüş uğursuz başa çatdı. Görüşün sonuna yaxın Xarkovun bombalanması göstərdi ki, tərəflər ortaq məxrəcə gəlməkdən çox uzaqdır. Ukrayna Prezidenti V.Zelenskinin səsinin yüksəlməsi, NATO-dan, Qərb və Şərqdən ciddi hərbi-humanitar dəstək alması Kiyevin əlini gücləndirdi. Artıq Zelenski Rusiya qarşısında güzəştə getməyi düşünmür”.
Ə.Əlibəyli vurğulayıb ki, Rusiya görüşə nail olmaqla müharibənin dayandırılmasına çalışmır: “Rusiya məsuliyyətdən qaçmaq istəyir. Daha doğrusu, müharibənin məsuliyyətini Ukraynanın da üzərinə atmağa çalışır. Həm də göstərir ki, Moskva hər zaman danışıqlara, müzakirələrə hazırdır. Çox güman ki, Kremlin başqa senariləri də var. İndiki halda Rusiyanın Kiyevin şərtlərini qəbul etməsi, ordusunu Donetsk və Luqanskdan çıxarması Moskva üçün fiasko deməkdir. Amma müəyyən çərçivədə Kiyevlə razılıq əldə olunması Rusiyanı daha çox rüsvay olmaqdan qurtara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial