
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - RƏY
06:39 01.02.2025
Siyasət
1016
Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir
Rusiya Ermənistana Qərbə inteqrasiyaya görə növbəti xəbərdarlığını edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Ermənistanın Avropaya inteqrasiyasının nəticəsi erməni əhalisinin tam yoxsullaşması ola bilər. Onun sözlərinə görə, bu durumda erməni məhsulları daha yüksək rüsumlarla üzləşəcək və bütün bunlar ÜDM-in artım tempinin kəskin azalmasına səbəb olacaq: "Məsələn, hesab edirəm ki, bu, əsas məsələdir, çünki bu, qazanc və gəlirə yox, birbaşa inkişafa zərbə olacaq. Əgər istehsalın miqyasından, Ermənistan əhalisindən danışırıqsa, bu, tam yoxsullaşmaya gətirib çıxara bilər". Zaxarova həmçinin Avropa İttifaqına üzv olacağı və bu fonda Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı təqdirdə Ermənistan mallarının ixracının 80 faiz azalacağını proqnozlaşdırıb. Eləcə də, onun sözlərinə görə, İrəvanın AİB ölkələri ilə ticarət dövriyyəsini hətta ortamüddətli perspektivdə alternativ mənbələrlə əvəz etmək mümkün deyil. Zaxarova əlavə edib ki, İrəvanın öz xarici siyasət vektorunu müstəqil müəyyən etmək hüququ var, bu, suveren dövlətin hüququdur, amma əvvəlcə belə qərarların praktiki tərəfləri nəzərdən keçirilməlidir: “Avropa və ABŞ-də heç kim Ermənistanın məhsullarını gözləmir. Gözləsəydilər, artıq götürərdilər. Elə kömək etmək istəyirlərsə və məhsullar bu qədər əvəzolunmazdırsa, niyə götürmürlər?”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Rusiyanın Ermənistanı təhdid etməsinin kökündə Ermənistan iqtisadiyyatının tam olaraq Rusiyadan asılı vəziyyətdə olması dayanır. Ekspert vurğulayıb ki, Ermənistanın bundan öncəki rəhbərləri Rusiyanın valisi kimi ölkəni idarə ediblər:

"Uzun müddət Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın Rusiyadan asılılığı daha da artıb. Yəni Nikol Paşinyan hakimiyyətə gələnə kimi Ermənistan rəhbərliyində təmsil olunan şəxslər birbaşa Rusiyanın nəzarəti altında ölkəni və erməniləri idarə ediblər. Rusiya məhz buna dayanaraq Ermənistanı tam idarə edib. Ermənistan heç vaxt Rusiyanın icazəsi olmadan addım atmayıb. Paşinyan hakimiyyətə gələndən sonra Qərbə inteqrasiya siyasətini həyata keçirib. Avropa və ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışıb. Təbii ki, İrəvan hökumətinin belə davranması Rusiyanı qıcıqlandırır. Çünki Rusiya Ermənistanın ondan hər sahədə, əsas da iqtisadi baxımdan asılı olduğunu yaxşı bilir. Ona görə də Ermənistana xəbərdarlıq edir, təzyiq göstərməyə çalışır. Moskva çalışır ki, müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı Avropaya, Qərbə inteqrasiyanı dayandırmağa məcbur etsin".
Siyasi şərhçi vurğulayıb ki, əgər Qərb öz sözünün arxasında dursa, Ermənistana dəstək olsa, İrəvanın Moskvadan asılılığı nisbətən azalacaq:
"Amma Qərb öz sözünün üstündə durmazsa, Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq. Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Dünənədək bu ölkəni Rusiya idarə edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya