Rusiya Ermənistanın Qarabağ üzərindən oynadığı oyunu qəbul etmir - Lavrovun mesajl
11:56 04.12.2022
Siyasət
526
"Lavrovun Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyində müəyyən korrektlər etdiyi təsəvvürünü formalaşdırır".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, Praqa sənədi Qarabağın statusuna necə yanaşılacağına qərar verir. Yəni Alma-Atı bəyannaməsinə əsasən “Dağlıq Qarabağ Muxtar Vilayəti” birmənalı olaraq Azərbaycan SSR-nin tərkibində idi və buna Bakı qərar verəcək:
"Bakı Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır. Rusiyanın baş diplomatı bununla mesaj verir ki, “Qarabağın statusu”nun olmamasına görə günahkar Ermənistan hakimiyyətidir. Lavrovun “Ermənistan rəhbərliyi son vaxtlar Qarabağın statusundan yox, Qarabağdakı erməni əhalinin hüquqlarının təmin edilməsindən bəhs edir” sözləri də bu fikri erməni cəmiyyətinə çatdırmağa hesablanıb. Hərçənd, regional siyasətdə “Qarabağın statusunu” əsas rıçaqlardan biri kimi görən Rusiyanın mövqeyində müəyyən korrekt etməsi və Qarabağdakı ermənilərlə bağlı Bakının gündəliyinə yaxın çıxış etməsi diqqət çəkir. Birincisi, sülh sazişi üzərində təşəbbüsü götürməyə çalışan Rusiya Qərbin (ABŞ-ın) Bakıya Qarabağla bağlı təklif etdiyi daha məqbul varianta yaxınlaşmaqla irəliyə çıxmaq istəyir. İkincisi, Rusiya Ermənistanın Qarabağ üzərindən oynadığı oyunu qəbul etmir. İrəvan sülh müqaviləsini imzalamaq, “Qarabağın statusu”nu Rusiyanın üzərinə qoymaqla həm Bakı və Moskvanı üz-üzə qoymaq, həm də məsuliyyəti ruslara yükləmək niyyətindədir. Moskva bundan imtina edir və Ermənistan hakimiyyətini günahlandırıb, Azərbaycanın gündəliyinə yaxın mövqe sərgiləməklə sülh sazişi ətrafında balansı xeyrinə dəyişməyə çalışır. Lakin rusların “Vardanyan planı” rəfə qaldırılmayıb və bəllidir ki, Bakının Qarabağdakı erməni əhalisi ilə təmaslarından bu kartı istifadə etməyə çalışacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət