Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir
Rusiya XİN: Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir
10:53 18.04.2024
Siyasət
355
Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Kanadanın Ermənistandakı Avropa İttifaqı missiyasına qoşulmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistandakı Avropa İttifaqı missiyasının mövcudluğu səmərəsizdir.
“Bu missiyanın yerdəki insidentlərinin qarşısını ala bilməməsinə, Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hansısa müsbət töhfəsinin olmamasına biz hər gün daha çox əmin oluruq. Əksinə Aİ-nin nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti və təbliğatla məşğul olur. Başa düşdüyümüz qədər Kanadanın Ermənistandakı Aİ missiyasına qoşulması praktiki müstəviyə keçib. Bu günlərdə Kanadadan “ekspertlər” Ermənistana səfər edib. Bu qərarın əlavə dəyəri nədir, anlaşılan deyil. Qoyun, ermənilər özləri bunu şərh etsinlər. Çox güman ki, burada söhbət ondan gedir ki, Vaşinqton avropalı müttəfiqlərini NATO qüvvələrini Cənubi Qafqaza sürükləmək üçün istifadə edir. Aydındır ki, Atlantikanın o tayında təkcə yerdə vəziyyətə nəzarət etmək üçün imkanlarını genişləndirmək istəmirlər, həm də avropalı müttəfiqlərini izləmək istəyirlər. NATO-nin simasında xarici oyunçuların Cənubi Qafqazdakı səyləri regionda etibarın azalmasını, eskalasiyanı, silahlı qarşıdurmanı qaçılmaz edir. Azərbaycan-Ermənistan nizamlanmasına real yardım Aİ və NATO-nin məqsədlərində yoxdur. Qərb Cənubi Qafqazı növbəti geosiyasi qarşıdurma arenasına çevirərək, yerli sakinlərin maraqlarını rədd edərək onu hərbiləşdirməyə davam edir. Faktiki olaraq, Qərb yaxın vaxtlarda regionun dinc yolla inkişafı vəzifələrinin həyata keçirilməsinin üstündən xətt çəkir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi