Rusiyadan sonra ABŞ da Minsk qrupuna "əlvida" dedi
Yusif Nəzərli
22:08 19.04.2022
Siyasət
622
İmtina təşəbbüsü də Qərbdən gəlib. Bunu xüsusi vurğulamaq lazımdır
ABŞ Cənubi Qafqaz üzrə öz nümayəndəsini təyin edib. Məqsəd regionda Vaşinqtonun iştirak imkanlarını saxlamaqdır
Amerika Birləşmiş Ştatları da ATƏT-in Minsk qrupunun de-fakto “dəfn edildiyini” qəbul edir. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun məlumatında bildirilib ki, dövlət katibinin köməkçisi Donfrid Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib. Xatırladaq ki, Endryu Şofer Minsk qrupunda amerikalı həmsədr idi. Lakin Dövlət Departamentinin son məlumatı göstərir ki, o, artıq həmsədr yox, “Qafqazda danışıqlar üzrə baş müşavir”dir. Nikol Paşinyanla görüşdə Ermənistan tərəfinin Şoferi “Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etməsi isə İrəvanın birtərəfli mövqeyidir. Görünən odur ki, Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razılaşması çərçivəsində həyata keçirilməsini istəyir.
Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu “Şərq”ə açıqlamasında bildirib ki, Minsk qrupu onsuz da formal xarakter daşıyırdı və heç bir fəaliyyəti gözə dəymirdi. Deputatın sözlərinə görə, həmsədrlərin regiona saysız-hesabsız səfərlərindən başqa hansısa addımlarına rast gəlməmişik:
“Gəliş-gedişlər isə turist səfərlərini xatırladıb. Minsk qrupunun mandatı de-yure mövcud olsa da, faktiki olaraq həmsədrlik institutu fəaliyyətsizdir. Əgər münaqişənin tənzimlənməsi istiqamətində vasitəçi olmuş institut heç bir nəticə əldə edə bilməyibsə, bu qurumun önəmindən danışmağa əsas qalmır. Cənab Prezident İlham Əliyev də 12 aprel müsahibəsində qeyd etmişdi ki, faktiki olaraq Minsk qrupunun mandatı mövcud deyil. Həm Rusiya, həm ABŞ Minsk qrupundan imtina edib. İmtina təşəbbüsü də Qərbdən gəlib. Bunu xüsusi vurğulamaq lazımdır”.
Parlament üzvü vurğulayıb ki, fəaliyyətsiz bir qurumun son proseslər fonunda mandatı haqqında yenidən müzakirə aparmaq mənasızdır:
“Cənubi Qafqaz regionunda böyük dövlətlərin maraqları var. Onlar bölgədə baş verən proseslərdən heç bir halda kənarda qalmaq istəmirlər. Məhz o səbəbdən ABŞ Cənubi Qafqaz üzrə öz nümayəndəsini təyin edib. Məqsəd regionda Vaşinqtonun iştirak imkanlarını saxlamaqdır. Lakin bundan sonra Minsk qrupunun ümumiyyətlə hər hansı istiqamətdə fəaliyyəti gözə dəyməyəcək. Həmsədrlik institutu hətta formal şəkildə belə mövcud deyil. Qərblə Rusiya arasındakı gərginlik ortadadır. Minsk qrupu artıq tarixə qovuşub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat