Rusiyalı politoloq: “KTMT Azərbaycan ilə hər hansı münaqişənin əleyhinədir”
Yusif Nəzərli
11:37 23.11.2022
Siyasət
566
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün üzvlərinin mövqeyi bəllidir - onlar Azərbaycan ilə hər hansı münaqişənin əleyhinədirlər”.
Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Politoloq bildirib ki, KTMT dövlət başçılarının İrəvan görüşü Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baxımından əhəmiyyətli olacaq.
O vurğulayıb ki, təşkilat çərçivəsində hərbi əməkdaşlıqla yanaşı, Rusiya ilə Ermənistan arasında bu sahədə ikitərəfli sazişlər də mövcuddur. Belə bir şəraitdə İrəvan Moskvaya təzyiq edir, daha aktiv yardım tələb edir, əks halda Qərbə - Fransaya, ABŞ-a, NATO-ya üz tutmaqla hədələyir.
S.Markov Rusiya və Ermənistan liderləri arasında gözlənilən ikitərəfli danışıqların əhəmiyyətinə də toxunub:
“Məhz Putin ilə Paşinyan arasında ikitərəfli danışıqlar nəticəsində ola bilsin ki, ciddi və əsaslı dəyişikliklər baş verəcək. Görüşdə sülh müqaviləsinin hazırlanması və imzalanması, nəqliyyat dəhlizləri məsələsi kimi praktiki məsələlər də müzakirə olunacaq. Rusiya Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə, eləcə də Azərbaycan ilə sərhədin demarkasiyası və delimitasiyası məsələlərinin həllinə sövq edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya