NATO-nun baş katibi Mark Rutte Kiyevin ABŞ lisenziyası altında Ukraynada "Patriot2 hava hücumundan müdafiə sistemi raketlərinin istehsalına icazə tələbinə şərh verməkdən imtina edib.
Sherg.az xəbər verir ki, Rutte bunu "ikitərəfli münasibətlər məsələsi" adlandırıb.
"Bu, NATO ölkəsi ilə tərəfdaş ölkə arasında ikitərəfli münasibətlərə aiddir. Hesab edirəm ki, müzakirələr davam edir, buna görə də hələlik yeni bir şey gözlənilmir".
O, həmçinin qeyd edib ki, təkcə Avropa deyil, ABŞ da geniş miqyasda hərbi texnika istehsalında çətinliklərlə üzləşir.
O xatırladıb ki, ABŞ prezidenti Donald Tramp mütəmadi olaraq müdafiə şirkətlərinə istehsalı artırmağa çağırır. Rutte əlavə edib ki, ümumilikdə hərbi istehsalın artmasına səbəb olan hər hansı əməkdaşlığı alqışlayır.