Saakaşvili erməni məkrinə qarşı - RƏY
10:54 11.08.2023
Siyasət
585
"Mixail Saakaşvilinin 2008-ci il Rusiya təcavüzü zamanı Azərbaycanın Gürcüstana dəstək verməsi barədə bəyanatında təhlükəli heç nə görmürəm".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Rusiyanın Qafqaza və hazırda Ukraynaya hərbi müdaxiləsi bu gün də Azərbaycan tərəfindən pislənir:
"Azərbaycan müharibədən zərər çəkmiş insanlara humanitar yardımı davam etdirir. Yaxın zamanlarda Ukraynadan valideynlərini itirmiş uşaqların reablitasiya üçün ölkəmizə gəlişini təşkil etmişdi. Rusiya-Azərbaycan münasibətləri bir neçə ildir Türkiyə-Rusiya –Azərbaycan üçbucağı formatında fəaliyyət göstərir. Rusiya da anlayır ki, Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq tələblərə imza atan ölkədir və onun bu davranışı ən azından sırf protokol tələbidir. Eyni zamanda Azərbaycan artıq 30 il öncə olduğu kimi zəif ölkə deyil, həm hərbi həm də dipıomatik sahədə dünyada mövqeyi olan ölkədir. Saakaşvilinin ölkəmiz haqqında səsləndirdiyi fikirlər həmçinin Qarabağda baş verən erməni məkrinə qarşı beynəlxalq dəstək üçün nümunə ola bilər".
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Gürcüstanı dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. "2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq və maliyyə ilə təmin etdi ki, bu da ölkənin yaşaması üçün həlledici idi"-, o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region