Saakaşvili ölümə tərk edilib! - “Partiya parçalanıb, funksionerlər "satılıb"”
Yusif Nəzərli
13:54 05.12.2022
Siyasət
617
“Saakaşvilinin aqibətinin belə olmasında onu yetişdirən Qərbin arxasında yetərincə durmaması dayanır”
“Obama administrasiyasının onu namizədlikdən əl çəkməyə məcbur etməsinin alt qatında Saakaşvilinin Corc Buş dostluğu və Obamanın onu sevməməsi dayanırdı”
“Yəni Obamanın Rusiya ilə yaxınlaşma kursu götürməsi Gürcüstanın dağıdılması ilə nəticələndi”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili siyasətdən gedir. Bu barədə keçmiş prezidentin vəkili Valeri Qelbaxiani “İmedi” telekanalının efirində bildirib.
Saakaşvili yaratdığı və üzvü olduğu Vahid Milli Hərəkat Partiyasından da istefa verəcəyi gözlənilir.
Qeyd edək ki, eks-prezidentin siyasəti tərk etməsinə səbəb kimi onun səhhətdə problemlərin olması göstərilir.
Eks-prezidentin partiyasının özü-özlüyündə siyasi nəticə əldə edəcək gücdə olmadığını deyən siyasi şərhçi Turab Rzayev "Sherg.az" a söyləyib ki, Saakaşvili indiki hakimiyyətin onu həbsdən azad etməyəcəyini anlayıb:
"Yəni onların niyyəti Saakaşvilinin içəridə fiziki cəhətdən məhv olması və ya heç bir zaman işıq üzü görməməsidir. Partiyanın içərisində isə kifayət qədər hazırkı iqdidarla danışıqlara gedən və fərqli məqsədləri olan insanlar var. Yəni partiya parçalanıb və onun funksiyonerlərinin bir hissəsi satılıb. Digər tərəfdən onun partiyasının nüfuzu da kifayət qədər deyil. Məhz Saakaşvilinin özü böyük reputasiyaya malik idi. O şəxsi konsultasiya ilə əhalini ətrafında birləşdirə bilirdi. İkinci bir məsələ isə Saakaşvilinin indiki hakimiyyət ilə barışmaması və mübariz olmasıdır. Bu isə iqtidar üçün real təhlükə deməkdir. Ona görə də indiki hakimiyyət eks-prezidentin özünün siyasətdən getməsinə maraqlıdır, nəinki partiyasının. Çünki həmin partiyanı müxtəlif yollarla parçalaya və ya əməkdaşlığa cəlb edə bilirlər.
Analitik bildirib ki, Saakaşvilinin siyasətdən getməsi gözlənilən idi:
"Sonuncu dəfə Saakaşvilinin yanına gedən vəkilləri, onu saçı ağarmış və tamamilə həyat əlamətləri sönmüş şəkildə görmüşdülər. Yəni o ölümə tərk edilmişdi. Bəlkə də, məhvin qabağını almaq üçün ona siyasətdən getmək təklif olunub. Əlbəttə ki, bu Gürcüstan siyasətində zəlzələ effekti verəcək. Saakaşvilinin hakimiyyətdən getməsi müəyyən bir boşluq yaratdı. Onun yerini dolduracaq lider yoxdur. Bu da Partiyanın parçalanmasına və iqtidara qarşı real alternativin olmaması deməkdir".
T. Rzayevin sözlərinə görə Saakaşvilinin aqibətinin belə olmasında onu yetişdirən Qərbin arxasında yetərincə durmaması dayanır:
"Gürcüstandakı vətəndaş müharibəsində Qərb ona dəstək vermədi. Üçüncü dəfə prezident seçilməyə isə sosial imkanları var idi. Lakin Qərb onu demokratik ənənə göstərməyə və seçkiyə qatılmamağa məcbur etdi. Bununla da hakimiyyət digər tərəfə ötürüldü və Gürcüstanın Rusiyaya yaxınlaşaraq avtoritarlaşması prosesi başladı. Saakaşvili islahatları da öz növbəsində geriləməyə başladı.
Obama administrasiyasının onu namizədlikdən əl çəkməyə məcbur etməsinin alt qatında Saakaşvilinin Corc Buş dostluğu və Obamanın onu sevməməsi dayanırdı. Yəni Obamanın Rusiya ilə yaxınlaşma kursu götürməsi Gürcüstanın dağıdılması ilə nəticələndi. İkinci dəfə də ona verilən sözlər yerinə yetirilmədi. Nə Odessada qubernator, nə də Gürcüstanda baş nazir kimi işləməyə icazə verildi.
Həm indiki Zelenski hakimiyyəti onu aldatdı, həm də Qərb yetərincə dəstək vermədi. Bütün bunlar isə siyasi fiasko və Saakaşvilinin taleyinin belə bitməsi ilə yekunlaşdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə