Sağlam siyasi mühit yaradılır: “İqtidar-müxalifət münasibəti bərkiyir”
Fidan Həmişəyeva
14:49 18.12.2020
Siyasət
665
“Siyasi partiyaların ofislə təmin edilməsi və fəaliyyətləri üçün normal şəraitin yaradılması yaxşı haldır”
“Bu məsələlərdəki irəliləyişlərdən yalnız xalqımız qazanacaq”
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. AĞ Partiya, Böyük AzərbaycanPartiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.
Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.
Ölkə başçısının verdiyi tapşırığı yüksək qiymətləndirdiyini deyən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli “Sherg.az”a siyasi partiyaların ofislə təmin olunmasının mütərəqqi addım olduğunu bildirib:
“Bu, iqtidar-müxalifət münasibətlərinin fundamentini bərkidəcək prosesdir. Uzun illər idi ki, hakimiyyət və müxalifət arasındakı münasibətlər arzuolunan səviyyədə deyildi. Bu durum təəssüf doğururdu.
Azərbaycan xalqı da belə münasibətlərdən narahat idi. 44 günlük savaşda da gördük ki, milli-siyasi həmrəyliyin yaradılması üçün hakimiyyətin üzərinə daha çox iş düşür.
Ona görə də hakimiyyətin belə addım atması mütləq təqdir olunmalıdır. Siyasi partiyaların ofislə təmin edilməsi və fəaliyyətləri üçün normal şəraitin yaradılması yaxşı haldır.
Siyasi partiyalarla normal dialoqun yaradılması, qeydiyyat problemlərinin həlli və.s məsələlərdəki irəliləyişlərdən yalnız xalqımız qazanacaq.
Cənab Prezidentə təşəkkür edirəm ki, Azərbaycanda sağlam bir siyasi mühitin formalaşmasına xidmət edən işlər görür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm