Sahibə Qafarova: Fransa kolonializmi Cənubi Qafqazda davam etdirmək niyyətindədir
Sahibə Qafarova: Fransa kolonializmi Cənubi Qafqazda davam etdirmək niyyətindədir
13:05 18.04.2024
Siyasət
401
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Cənubi Qafqaz regionunda sabitliyi pozmağa yönəlmiş siyasətinin tənqid edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Sahibə Qafarova, bildirib ki, Fransa öz tarixində qara ləkə olan kolonializmi yalnız öz keçmiş müstəmləkələrində, zor gücünə öz hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirmək niyyətindədir.
Qeyd edilib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki, bu gün də Cənubi Qafqaz sülh səylərini, sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır, militarizmi təhrik edir. O, təəssüflə Fransanın bu gün Azərbaycana qarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.
Görüş zamanı vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizə təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün, əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə yönəlib.
Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentinin üzvləri Fransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir və onun neokolonializm siyasətinin ifşası istiqamətində səylər göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi