Sarkisyanın Moskva səfəri:“Seçkiöncəsi manevrlər edir”
Fidan Həmişəyeva
13:07 08.05.2021
Siyasət
678
“Ancaq Sarkisyanın özünün fərqli fəaliyyət proqramı var. Bu da onunla bağlıdır ki, o, öz oyununu oynayır”
“Sarkisyan Moskvanı əldən verməyəcək. Onun üçün Rusiyada yaşayan erməni iş adamlarını inandırmaq çox vacibdir”
Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya səfər edəcək. Bu barədəErmənistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Armen Sarkisyan mayın 8-də Moskvaya gedəcək. Onun səfərinin istirahət məqsədi daşıdığı qeyd olunub. Mayın 10-da isə A. Sarkisyanın Moskvada bir sıra görşülər keçirməsi planlaşdırlır.
Səfərin əsas məqsədini “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, A.Sarkisyan seçki öncəsi Rusiyada yaşayan erməni iş adamlarını öz ətrafına yığmaq üçün səfər edir:
“Səfərin digər səbəbi 9 may paradı ilə bağlıdır. Çünki Ermənistan rəhbərləri indi Moskvadan bərk-bərk yapışıblar. Çalışırlar Moskvaya təzim etsinlər ki, guya müttəfiqlik öhdəliklərindən dönmür, Rusiyanı özləri üçün qibləgah kimi görürlər. Ancaq Sarkisyanın özünün fərqli fəaliyyət proqramı var. Bu da onunla bağlıdır ki, o, öz oyununu oynayır. Sarkisyan və Nikol Paşinyan ikilisi formal birləşmədir. Çünki onlar müxtəlif qütblərə aid adamlardır, hərəsinin də öz hədəfi var. Bu baxımdan Sarkisyan mütləq şəkildə ermənilərin Rusiya Konqresi ilə görüşlərini davam etdirəcək. O, keçən dəfə Rusiyada yaşayan erməni iş adamları ilə görüşmüşdü”.
T.Abbasovun sözlərinə görə, səfər zamanı Ermənistanın maliyyə məsələləri də müzakirə olunacaq:
“Çünki ölkənin vəziyyəti bərbaddır, ermənilərin iqtisadi durumu çətindir. Bu baxımdan Sarkisyan Moskvanı əldən verməyəcək. Onun üçün Rusiyada yaşayan erməni iş adamlarını inandırmaq çox vacibdir. O, bildirmək istəyir ki, vəziyyət yaxın zamanlarda normallaşacaq. Buna görə də həmin iş adamları öz investisiyalarını əsirgəməsinlər.
Rusiyada olan erməni diasporu da çox böyük və imkanlıdır.
Belə qüvvənin dostlar cərgəsində olması A.Sarkisyan üçün vacibdir. Bir qayda olaraq xaricdə yaşayan ermənilərin hamısı Paşinyana düşmən kimi baxırlar. Düşünürlər ki, Paşinyan ermənilərin maraqlarını əldən verdi, müharibədə məğlub oldu və.s Lakin bu fikirlərin hər biri boğazdan yuxarı deyilən sözlərdir. Çünki Ermənistan dövlətinin müstəqillik qazandıqdan sonra 30 il ərzində həyata keçirdiyi siyasət uğursuz idi. Bu baxımdan Sarkisyan düşünür ki, sabah Paşinyan Moskvaya səfər etsə, həmin varlı erməniləri ətrafına yığa bilməyəcək. Ona görə də bu məqamdan istifadə edib özünü göstərir və bildirir ki, “Paşinyan düşməndirsə, mən sizin üçün həmkar, qardaş və ictimai fikrin lideriyəm. Mənə bağlansanız, sizin üçün daha əlverişli və yaxşı olar”. Hər halda seçki öncəsi Ermənistan rəhbərləri manevrlərə qapılıblar və çalışırlar ki, öz güclərindən maksimum istifadə etsinlər. Sarkisyan da öz oyununu oynayan adam kimi istəyir ki, tərəfdarlarının sayını artırsın. Məhz səfərin də əsas məqsədi budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə