Səməd Seyidov: Ermənistan Azərbaycana nəyisə diqqtə edəcək vəziyyətdə deyil
11:24 01.12.2023
Siyasət
606
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın baş naziri Mqer Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir.
Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar.
“İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahləri var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, – sakinlərdən biri deyib.
Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.
Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov "Sherg.az"a bildirib ki, artıq Ermənistan tərəfi başa düşməlidir ki, birbaşa Azərbaycanla ünsiyyətdə olmasa, Azərbayacana qarşı bu gün hərkəs tərəfindən müşahidə olunan faktiki diplomatik müharibəni davam etdirsə, uduzan məhz onlar olacaqlar:
“Ermənistan bu gün nəyisə Azərbaycana diqqtə edəcək vəziyyətdə deyil. Eyni zaman sülh istiqamətində hansısa açıqlamaları onların səmimi olduqları mənasına gəlmir. Məcburiyyət qarşısında qalaraq bu tərzdə sözlər, açıqlamar səsləndirilir. Çünki hazırda regionda ən güclü ölkələrdən biri Azərbaycandır. Azərbaycanla münasibətləri qura bilməyəcəyi təqdirdə İrəvan hakimiyyəti üçün vəziyyət daha da çətinləşəcək”.
Millət vəkili Azərbaycan tərəfin belə görüşlərin keçirilməsinin əlehinə olmadığını, əlehinə olsaydı iştirak etməyəcəyini vurğulayıb:
“Sülh müqaviləsinin imzalanması Ermənistanın konstruktiv mvövqeyindən əl çəkməsindən aslıdır. Onlar bir tərəfdən müqavilə imzalamaq üçün çıxışlar edirlər, digər tərəfdən isə əllərinə fürsət düşən kimi beynəlxaq arenalarda tamamilə fərqli fikirlər səsləndirirlər. Əgər sülh istəyirlərsə, harda olduğundan aslı olmadan eyni fikirləri söyləməlidirlər. Azərbaycan Ermənistandan fərqli olaraq sərhəddə nə deyirsə Vaşiqtonda da, Brüseldə də, Moskvada da, eyni fikirlərinin arxasında dayanır. İnam və səmimiyyət fəaliyyətlə yaranır. Ermənistan bir sözlü olub, mövqeyini dəqiqləşdirərsə, proseslər normallaşar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix