Səməd Seyidov: Fransa “Millət necə tarac olur olsun, nə işim var” fəlsəfəsi ilə davranır
12:24 28.12.2023
Siyasət
462
Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib.
Bu barədə məlumat Fransa XİN-in rəsmi saytında yer alır.
Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.
Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov "Sherg.az"a bildirib ki, hadisələrin gedişatının bu nöqtəyə çatmasının səbəbkarı Fransa dövlətidir:
“Çox təssüflər olsun ki, onlar daxildə erməni diasporunun təsirindən qorxaraq parlament, dövlət və prezident səviyyəsində yalnış addımlar atırlar. Fransa hakim dairələri doğru olmayan seçimlər edirlər. Onlar ölkənin daxili maraqlarını nəzərə almamaq bahasına olsa belə öz kürsülərini itirməməyə çalışırlar. Düşünürlər ki, bir neçə müddət sonra seçkilər olacaq və orada erməni diasporu məni dəstəkləməsə vəzifəmi, alınan pulları itirəcəm. Hazırda Fransa hakim dairələri “Millət necə tarac olur olsun, nə işim var” fəlsəfəsi ilə davranırlar. Faktiki olaraq onlar erməni diasporunun oyuncağına çevriliblər”.
Millət vəkili Fransanın bundan sonra daha da dərinə gedərsə, Azərbaycan tərəfinin layiqli cavabı verəcəyini vurğulayıb:
“Tarix və təcrübə göstərir ki, Fransa hansı ölkənin daxili işinə qarışırsa, oranın “zibili” çıxır. Onlar Azərbaycanın daxili işlərinə qarışmağa çalışdılar və biabır oldular. Artıq təhlükəsizlik idarəsinin rəhbərini işdən qovublar. Fransa dövləti nə qədər bu istiqamətdə fəaliyyət göstərəcəksə, bir o qədər özlərinə problem yaradacaqlar. Çünki Fransanın milli maraqlarına zidd siyasət yeridirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm