
Separatçıları axırıncı "doğuş sancıları" tutub
09:32 12.08.2023
Siyasət
874
Fərəc Quliyev: "Payız aylarına doğru proses səngiməyə başlayacaq"
Ermənistanda özlərinə “Səlibçilər” adını qoyan terrorçu-təxribatçı dəstənin üzvləri İrəvanda keçirdikləri aksiyadan sonra Laçın dəhlizi yaxınlığına gətirilən yük maşınlarının yerləşdiyi Kornidzor (Gorus) şəhərinə gəliblər. Dəstənin “komandiri” Sarkis Poqosyan saylarının 150-yə yaxın olduğunu söyləyib və sülhməramlılarla danışıqlar apardıqlarını deyib. Separatçı nəticənin olmayacağı təqdirdə ən ekstremal variantlara əl atacaqlarını bildirib. Lakin hökumətdən və sülhməramlılardan cavab almayan erməni təxribatçıları rüsvayçı vəziyyətdə geriyə, Qorunxur kəndinə qaçıblar. Kənd sakinləri isə onların bölgəni tərk etməsini, əks halda Azərbaycan Ordusunun qəzəblənəcəyini söyləyiblər. Buna rəğmən, revanşistlər aksiyalarını davam etdirəcəklərini vurğulayaraq, anti-Azərbaycan qüvvələrdən yardım istəyiblər. Daşnaksütyun Partiyası da "Səlibçilər"ə dəstək verib. Daşnak İşxan Saqatelyan deyib ki, erməni gəncləri "Artsax" uğrunda döyüşməyə hazırdırlar.
Revanşistlərin fəallaşması ilə bağlı "Sherg.az"a danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, ermənilər iddia etdikləri kimi döyüşkən olsaydılar, 44 günlük müharibə zamanı 10 min fərariləri olmazdı. Partiya rəhbərinin sözlərinə görə, erməni generalları özləri etiraf edirdilər ki, Azərbaycanın 15-20 əsgərinin qarşısında minlərlə erməni qaçırdı:

"Bu, ermənilərin yenidən döyüş arzusunda olmasına, qarşımıza çıxmaq niyyətlərinə cavabdır. Ermənilərin "Səlibçilər" adı altında postumuza doğru hərəkət etmələri, orada teatr qurmaları xaricə mesajlar vermək məqsədi daşıyır. Burada bir neçə məqam var. İlk növbədə beynəlxalq aləmə demək istəyirlər ki, "əgər müdaxilə etməsəniz, toqquşmalar olar, dinc əhali postlara hücum çəkər, hərbi vəziyyət yenidən alovlanar" və s. Bu yolla istəklərinə nail olmağa çalışırlar. Rusiyanın burada marağı başqadır. Fikir verirsizsə, əvvəl Qarabağda olan proseslər eyniylə İrəvanda da baş verməkdədir. Bunlar eyni mərkəz tərəfindən idarə olunur. Bir qrup ermənini posta doğru hərəkət etdirməklə, aksiyalarla, hay-küylə göstərməyə çalışırlar ki, baxın, Qarabağ erməniləri əllərindən gələni edir, mübarizə aparır, amma Ermənistan rəhbərliyi onlara dəstək vermir. Prosesi İrəvana daşıyan Rusiya istəyir ki, Ermənistanda hökuməti, Nikol Paşinyanı əvəzləsin. "Qarabağ erməniləri savaşır, Paşinyan hakimiyyəti isə dəstəyini əsirgəyir" görüntüsünü bu məqsədlə hazırlayırlar".
Müsahibimiz vurğulayıb ki, Azərbaycandan heç nə qopara bilməyəcəklərindən tam əmin oldular: "Azərbaycan tərəfinin Laçın yolunda sərt tədbirlərindən, "humanitar yük"lə dolu TIR-ları öz ərazisinə buraxmamasından sonra rəsmi Bakıya təzyiqlərin olacağını və geri addım atacağımızı gözləyirdilər. Amma bu, baş vermədi və əksinə, terrorçu V.Xaçaturyan saxlanılaraq Bakıya gətirildi. Aydın oldu ki, Azərbaycan belə məsələrdə kompramisə getmir və ciddi addımlar atmaqda israrlıdır. Bunu müşahidə edəndən sonra geri çəkildilər. İndiki proseslərdə bir məqam Rusiya ilə bağlıdır. Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə çalışır. Digər yandan, Qarabağdakı ermənilərə "ağsaqqallıq" edənlərə müəyyən mesajlar vermək istəyirlər. Ancaq bunların hamısı son çırpınışlar, axırıncı "doğuş sancıları"dır. Payız aylarına doğru proses səngiməyə başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region