Seulda üçtərəfli formatdakı görüş öz aktuallığı ilə seçilir -POLİTOLOQ
13:11 24.05.2024
Siyasət
540
Mayın 26-27-də Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yol, Çinin Baş naziri Li Çian və Yaponiyanın Baş naziri Fumio Kişidanın üçtərəfli görüşü olacaq.
Bu barədə Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kim Te-hyo açıqlama verib. Üçtərəfli görüşdən başqa Cənubi Koreya Prezidentinin Çinin və Yaponiyanın baş nazirləri ilə ikitərəfli görüşləri də baş tutacaq. Bu, Asiyanın 3 ölkəsinin liderlərinin 2019-cu ilin dekabrından sonra ilk birgə toplantısı olacaq.
Kim Te-hyo bildirib ki, üçtərəfli görüşdə iqtisadi-ticari, davamlı inkişaf, səhiyyə, elm və texnologiya, təbii fəlakətlə mübarizə sahələri üzrə əməkdaşlıq və xalqlar arasında mübadilə məsələləri müzakirə olunacaq. Regional və beynəlxalq məsələlər də gündəmdə olacaq. Toplantının yekununda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Görüşün ikinci günü hər 3 ölkənin iş adamlarının iştirakı ilə biznes forum da təşkil olunacaq.
Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlaması zamanı bildirib ki, Cənubi Koreya, Yaponiya və Çin dünya siyasətində mühüm dövlətlərdəndir:
"Bu baxımdan Seulda keçiriləcək üçtərəfli formatdakı görüş öz aktuallığı ilə seçilir. Biz bilirik ki, Yaponiya və Cənubi Koreya ABŞ-nin müttəfiqidir. Lakin hazırda ABŞ və Çin arasında həm siyasi, həm də iqtisadi rəqabət gedir. ABŞ hətta Donald Trampın prezidentliyi dövründə Çin ilə ticarət müharibəsi aparırdı. Hazırda Uzaq Şərq ölkələri arasında gərginlik hökm sürür. Cənubi Koreyanın Şimali Koreya ilə, Yaponiyanın Rusiya ilə anlaşmazlıqları var. Hesab edirəm ki, görüşdə məhz bu cür spesifik problemlər masaya yatırılacaq və onlardan çıxış yolları axtarılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya