SHAM-ın sədri: Qlobal Bakı Forumu yeni dünya düzəninin düşünülməsi fonunda böyük önəm kəsb edir
11:32 14.03.2025
Siyasət
436
Bakıda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ekspertlər və siyasətçilər qatılıb.
Forumda beynəlxalq təhlükəsizlik, siyasi qütbləşmə, səhiyyə sahəsində qlobal çağırışlar, enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunur. Qlobal problemlərin həlli yollarının araşdırıldığı tədbirdə sülh və sabitliyin təmin olunması, informasiya manipulyasiyasının qarşısının alınması və qarşılıqlı dialoqun gücləndirilməsi kimi mövzular diqqət mərkəzindədir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a bildirib ki, Qlobal Bakı Forumu artıq ənənə halını alıb:
“Azərbaycan tərəfi sözügedən tədbiri 2013-ci ildən bəri Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış və onun himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirir. Bu tədbir artıq beynəlxalq səviyyədə tanınan nüfuzlu müzakirə platformalarından biridir. Xll Qlobal Bakı Forumu dünyanın ayrı-ayrı regionlarında keçirilən tədbirlər kimi əhəmiyyətli platformaya çevrilib. Ümumiyyətlə Xll Qlobal Bakı Forumu “Valday” Beynəlxalq Diskussiya Klubu, Münhen Təhlükəsizlik Konfransı, Dünya İqtisadi Forumu kimi eyni qəbildən olan digər beynəlxalq platformalar qədər önəmlidir. Digər tərəfdən Xll Qlobal Bakı Forumu Azərbaycanın həm dünya, həm də regional proseslərlə bağlı beynəlxalq ictimaiyyətə mesajlar verməsi baxımından da vacibdir. Adından da göründüyü kimi dünya üçün böyük çağırışdır. Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı dünyada və regionda baş verən verən proseslərlə bağlı səsləndirdiyi fikirlər tarixi hadisədir. Cənubi Qafqaz regionunda sülhün əldə olunmasıyla bağlı Ermənistanla apardığımız siyasət və bununla bağlı prezidentin dünyaya çağırış etməsi vacib idi. Ermənistanın silahlandırılması, iki ölkənin şərti sərhədinə Avropa İttifaqının müşahidə missiyası altında kəşfiyyatçıların yerləşdirilməsiylə bağlı prezidentin sərt mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Düşünürəm ki, Xll Qlobal Bakı Forumu formalaşmaqda olan yeni dünya düzəninin düşünülməsi, iqlim məsələləri və ayrı-ayrı regional problemlərlə bağlı çox önəm kəsb edir. Dövlət, hökümət başçılarının və digər nüfuzlu şəxslərin tədbirə cəlb edilməsi və müəyyən məsələlərlə bağlı fikirlərinin öyrənilməsi də tədbirin nə qədər əhəmiyyətli olmasından xəbər verir. Xll Qlobal Bakı Forumu tarixi hadisəyə çevriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya