
Siyasi hoqqabazlıq: Bakı və İrəvan Moskvanın çağırışlarını geri çevirməlidir
14:03 20.07.2023
Siyasət
511
Ötən həftənin sonlarında Azərbaycan və Ermənistan liderlərinin daha bir Brüssel görüşü başa çatdı. Görüş bitər-bitməz Rusiya XİN sözçüsü Mariya Zaxarova açıqlama verib. Zaxarova bildirib ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün yaxşı şanslar var:
“Mənə elə gəlir ki, şanslar çox yüksəkdir. Hazırda belə bir görüş üzərində işləyən ekspertlərdən dəqiq tarix haqqında məlumat ailan kimi mütləq sizinlə paylaşacağıq”.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel liderləri yaydan sonra Brüsseldə yenidən görüşməyə dəvət etməyi planlaşdırdığını, habelə oktyabr ayında İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin də iştirakı ilə növbəti beştərəfli görüş keçirmək niyyətində olduqlarını vurğulayıb.
Zaxarovanın açıqlamasını "Sherg.az"a şərh edən jurnalist, siyasi şərhçi Fuad Abbasov deyib ki, Moskva təşəbbüsü əlinə almaq fikrindədir:

" Zaxarova " Türkiyə Üçtərəfli müqaviləni imzalayan ölkə deyil" açıqlamasını verdi. Prosesdən Avropanı, Amerikanı, Vaşinqtonu, Brüssel, hətta Türkiyəni xaric etmək, təşəbbüsü əlində cəmləndirmək istəyini izləyirik. Nə qədər müvəfəqqiyyətli olacağı sual altındadır.
Vaşinqtonla Brüssel Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına can atır. Rusiya isə təhrik, qarışıqlıq kimi dolayı yollara əl atır. Moskvanın tələbini nə Qərb yönümlü Paşinyan, nə də Azərbaycan yerinə yetirmək istəyir. Azərbaycan üçün bölgədə sülh lazımdır. Zaxarova açıqlaması ilə Brüssel və Vaşinqton görüşlərinə kölgə gətirməyə, diqqəti Moskvaya yönəltməyə çalışır. Baş nazir Paşinyan və Prezident İ. Əliyev necə reaksiya verəcəklər? Əgər Azərbaycan və Ermənistan doğrudan da, sülh müqaviləsi imzalamaq niyyətindədilərsə, Moskvanın çağırışlarını iqnor etməlidilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial