
Sobhaninin növbəti sərsəmliyi: İranın böhtan siyasəti davam edir -AÇIQLAMA
13:44 18.04.2024
Siyasət
634
İran hakimiyyətinin Azərbaycan Respublikasına münasibəti daim dalğavarı olub. Tehran rəsmilərinin açıqlamaları bir çox hallarda şübhə ilə qarşılanıb ki, bu da onlara olan inamsızlıqdan irəli gəlir. Azərbaycan torpaqları işğal olunandan İrandakı rejimin bütün fəaliyyəti Ermənistanın müdafiəsinə yönəlib. 44 günlük müharibə zamanı bu, özünü daha aydın göstərdi.
Tehran tərəfindən Azərbaycana qarşı növbəti bu tip addım İranın Ermənistandakı səfiri Mehdi Sobhanidən gəldi.
İranın Ermənistandakı səfiri Mehdi Sobhani İsraili Cənubi Qafqazda "qeyri-sabitliyin" əsas mənbələrindən biri olduğunu iddia edib. Səfir daha da irəli gedərək bildirib ki, Qarabağdakı erməni əsgərləri (separatçılar -red.) İsrail silahları ilə öldürülüb.
Həmçinin Sobhani İsraili Cənubi Qafqazın hərbiləşdirilməsinə və regionun ayrı-ayrı ölkələri ilə İran arasında münasibətlərdə gərginliyin artmasında ittiham edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki, İran 44 günlük müharibədən sonra Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən, bölgədəki yüksəlişindən və ermənilərin ərazidən çıxmasından narahatdır:

“Biz müharibə dövründə Qarabağdan ermənilərin çıxmasını özünə “qırmızı xətt” hesan edən ölkə ilə qarşı-qarşıyayıq. İran Azərbaycanın varlığını özü üçün təhlükə olaraq görür. Qarabağ savaşı zamanı İran Azərbaycanı muzdlu və terroristləri istifadə etməkdə günahlandırırdı. Hətta rəsmi Tehran Ermənistanın tribunu kimi çıxış edirdi. Eyni zamanda, İranın sadəcə dövləti deyil, farsçı şovinist müxalifəti də Azərbaycan qarşı eyni mövqedən yanaşır. Ona görə də İranın belə çıxışları çox olacaq. Regionda Azərbaycanın gücü yüksəlib, Ermənistan isə get-gedə zəifləyir. İranın Azərbaycan, hətta Qarabağ siyasəti iflasa uğrayıb. Rəsmi Tehran tərəfindən zamanla belə şərləmələr və böhtanları görəcəyik. Amma Azərbaycanın əsas siyasətində belə açıqlamaların təsiri yoxdur. Azərbaycanın dünyada tanınan haqları, torpaqları ilə bağlı fəailiyyətləri çox böyük uğur qazanıb. Azərbaycanın uğurları davam etdikcə, belə cəfəngiyyatlar daha da artacaq. Azərbaycana qarşı xoş niyyəti olmayan dövlətdən nə gözləmək olardı? Tehran dövləti terrordan, hücumdan, müsəlmanları biri-birlərinə qırdırmaqdan və öz daxilində dini azlıqları, qadınları məhv etməkdən bəslənir”.
Millət vəkili Fazil Mustafa isə bildirib ki, İranın diplomatik fəaliyyətlə məşğul olan və parlamentdə çalışan bəzi deputatlarının, artıq ağıl xəstəsi olduğunu görürük:
“Çünki bu, həqiqətən də bir dövlət tərbiyəsinə yaraşmayan çıxışlardır. İsrailin Bakıdakı səfirliyinin bombalanması, eyni zamanda Ermənistanda guya İsrail silahları ilə ermənilərin öldürülməsi buna misaldır. Ermənilər bizə düşməndir və işğalçını öldürmək üçün İranın da silahından istifadə edə bilərdik. İran bu silahları verərdi, istifadə edərdik. Əslində ermənilərə həmin silahların verilməsində, müsəlmanların öldürülməsində İranın böyük rolu var. Ona görə də müsəlman qatili olan bu ölkənin gedib Ermənistanda belə bir açıqlama verməsi gülüş doğurur. Azərbaycan hər hansı bir şəkildə İranın bu bölgə üzərində təsir gücünün artırılmasına imkan verməyəcək. Biz Ermənistana dəstək verən, Fransa və İran kimi, dövlətlərin bu bölgədə niyyətlərini həyata keçirməsinə yol vermək fikrində deyilik. Çünki Azərbaycan bütün hallarda qətiyyətli şəkildə öz hədəflərinə doğru yürüməkdədir. Qonşuluq prinsipinə görə bəzən sərt addım atmırıq. Amma bu o demək deyil ki, biz kimdənsə çəkinirik. Azərbaycan öz maraqlarını qorumaq üçün bölgədə bizimlə dost olmaq istəyən ölkələrlə, o cümlədən İsraillə də dostluğunu davam etdirəcək. Biz erməniyə dəstək verən ölkələrə də həddini bildirməyi bacaracağıq. Bu istiqamətdə bundan sonra da siyasətimiz davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi