
Strateji əməkdaşlıqda yeni çağ: Azərbaycan Çinlə münasibətlərdə gələcəyə addımlayır
13:56 28.08.2025
Siyasət
578
Son illərdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər müşahidə olunur. Böyük güclər arasında yeni əməkdaşlıq formatları formalaşır, qlobal nəqliyyat-logistika marşrutları yenidən qurulur və bu, ölkələrarası strateji tərəfdaşlıqların əhəmiyyətini daha da artırıb. Bu kontekstdə Azərbaycan ilə Çin arasında münasibətlərin dərinləşməsi xüsusilə diqqətəlayiqdir. Geosiyasi mövqeyi, iqtisadi potensialı və multilateral təşəbbüslərdə fəal iştirakı Azərbaycanı Çin üçün mühüm tərəfdaşa çevirib. İki ölkə arasında formalaşan strateji əməkdaşlıq modeli təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional sabitliyin və inkişafın göstəricisi kimi qiymətləndirilir.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a Azərbaycan-Çin münasibətlərindən danışıb:

"Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb. Tərəflər siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıqda maraqlıdır. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna malikdir və bu təşkilat çərçivəsində də tərəflər arasında qarşılıqlı fəaliyyət genişlənməkdədir.
Çin Xalq Respublikası Azərbaycanla münasibətlərə böyük önəm verir. Hətta hərbi-texniki əməkdaşlıq sahəsində də müvafiq sənədlər imzalanıb. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimada əsaslanır.
Prezident İlham Əliyevin Çinə son səfəri zamanı ikitərəfli münasibətlərin bütün əsas sahələrini əhatə edən vacib razılaşmalar əldə olunub. Səfər çərçivəsində müxtəlif sahələr üzrə müqavilələr imzalanıb, qarşılıqlı viza rejimi ləğv edilib. Bu, tərəflərin münasibətlərin dərinləşdirilməsinə verdiyi əhəmiyyətin göstəricisidir".
Politoloq Çindən Avropaya daşınan yüklərin Azərbaycandan keçməsinin ölkəmizin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə və tarixi İpək Yolunun bərpasında strateji mövqeyə malik olduğunu təsdiqlədiyini söyləyib:
"Azərbaycan bu layihədə prioritet tərəfdaş ölkə kimi çıxış edir. Çin Xəzər regionunda Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır və bu maraq qarşılıqlıdır. Çin hazırda dünyanın yeni siyasi-iqtisadi qütblərindən biri kimi formalaşır və güclü siyasi, iqtisadi və hərbi potensiala malikdir. Azərbaycan da Çinlə əməkdaşlığı milli maraqlarına uyğun hesab edir və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əmindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron radikal etirazçıları həbslə hədələdi
22:54 17.10.2026
Dünya
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
22:32 17.10.2026
Dünya
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
21:35 17.10.2026
Dünya
“Qarabağ” “Neftçi” matçı bərabərliklə yekunlaşdı
21:18 17.10.2026
Futbol
ABŞ prezidenti Moskvanın mövqeyindən çıxış edir -ŞƏRH
21:00 17.10.2026
Aktual
"Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi
20:46 17.10.2026
Şou
İranda güclü partlayış
20:32 17.10.2026
Region
Gəncədə Kukla Teatrının mühafizəçisi bıçaqlandı
20:18 17.10.2026
Hadisə
Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər
19:34 17.10.2026
Futbol
Azərbaycanda nə qədər qızıl istehsal olunub?
19:02 17.10.2026
İqtisadiyyat
“Qəbələ”nin baş məşqçisi: Bunlar komandanın səhvləridir
18:34 17.10.2026
Futbol
Fransada etiraz aksiyaları davam edir
18:23 17.10.2026
Dünya
Türkiyə ordusu daha 80 ANKA-3 sifariş verdi
17:53 17.10.2026
Aktual
Türkiyə və İran XİN başçıları Bağdadda görüşdü
17:08 17.10.2026
Gündəm
Füzuli Şəhəri Günü qeyd olunub
16:26 17.10.2026
Sosial
Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
15:57 17.10.2026
Maraqlı