Sülh müqaviləsindən sonra Bakı və İrəvan beynəlxalq məhkəmələrdə iddialardan geri çəkiləcəklər
09:12 14.03.2025
Siyasət
375
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək".
Sherg.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O, Azərbaycanın ötən gün sülh sazişinin mətni üzrə prosesin yekunlaşması bəyanatına istinad edərək vurğulayıb ki, proses bu istiqamətdə irəliləyir:
"Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana qarşı 30 illik işğal, etnik təmizləmə və digər beynəlxalq cinayətlərlə bağlı beynəlxalq məhkəmələrdə dövlətlərarası iddialar qaldırıb. Bu müddət ərzində müxtəlif istiqamətlər üzrə hazırda fəaliyyətimiz davam edir, həmin iddialar müxtəlif mərhələlərdədir. Burada həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, həm Beynəlxalq Ədalət Məhkəməsi, eyni zamanda Beynəlxalq Arbitraj Məhkəməsində proseslər gedir. Son iki il ərzində iki dövlət arasında dövlətlərarası münasibətlərin normallaşması istiqamətində sazişin razılaşdırılması istiqamətində işlər görülüb. Dünən də Ceyhun Bayramov sülh sazişinin 17 maddəsinin razılaşdırıldığını elan etdi".
E.Məmmədovun sözlərinə görə, Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Ermənistan növbəti mərhələdə öz konstitusiyasında müvafiq dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarını aradan qaldıracaq:
"Həmçinin bu müddət ərzində münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə həmin təsisata müraciət edəcək. İddialara gəldikdə, həqiqətən də, sazişin son iki maddəsindən birində tərəflər sülh sazişi imzalandığı təqdirdə tərəflər beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdıqları iddiaları geri çəkməyi öhdələrinə götürüblər. Bu, hazırkı sazişdə öz əksini tapıb və biz bunu nəzərə almalıyıq. Artıq top Ermənistan tərəfindədir. Biz onların növbəti mərhələdə atmalı olduqları addımları gözləyirik. Hazırda XİN başçılarının görüşü nəzərdə tutulmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya