
Sülh sazişinin imzalanması qaçılmazdır -ŞƏRH
Sülh sazişinin imzalanması qaçılmazdır -ŞƏRH
14:06 05.08.2024
Siyasət
494
Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər
Ucuz qaz istehlak edəndə və ya atom elektrik stansiyası üçün yanacaq alanda niyə Rusiyanın təsirini xatırlamırsınız?
Bu sözləri Ermənistan parlamentinin müxalifətdən olan deputatı Eduard Şarmazanov Rusiyanın ölkəyə mənfi təsirləri haqda suala cavabında deyib.
O bildirib ki, Ermənistanda mövcud ciddi təhlükəsizlik vəziyyəti Rusiyanın təsirinin deyil, Paşinyanın Qərbin təkidi ilə 10 noyabr tarixli üçtərəfli bəyanatdan imtina etməsinin nəticəsidir. Onun fikrincə, Paşinyan üçtərəfli bəyanatdan imtina etməsəydi, hazırda Qarabağ “ermənilərin olacaqdı”.
Politoloq Qabil Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki, Qarabağın işğaldan azad edilməsini, ermənilərin bölgəni birdəfəlik tərk etməsi reallığını hələ də həzm edə bilmir:

“ Ölkədə əks düşərgənin, əsasən, Rusiyaya yaxın şəxslərdən ibarət olduğu məlumdur. Bu kəsim qəbul etmək ya da anlamaq istəmir ki, Cənubi Qafqazda yeni reallıqlar Nikol Paşinyanın üçtərəfli bəyanatdan imtinası yox, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməsi nəticəsində formalaşıb.
Azərbaycan Ermənistanın işğalına son qoymaqla beynəlxalq hüququn təmin olunmasına və tarixi ədalətin bərqərar olmasına nail olub. Ermənistan müxalifəti də bu reallıqla barışmalı və sülhə mane olmaq xəttindən əl çəkməlidir.
Düzdür, hazırda Erməni müxalifətinin etirazları Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təxirə salmağa şərait yaradıb. Yəni, erməni hakimiyyəti daxili təzyiqlərə görə, Bakı qarşısında, müəyyən qədər dirəniş göstərə bilib. Lakin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması qaçılmazdır. Şarmazanovlar, keşiş Baqrat kimi qiyamçılar bu prosesi əngəlləyə bilməyəcəklərini dərk etməlidirlər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hazırda mane olan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalardır. Azərbaycan tərəfindən Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi tələbi gündəmdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual