Sülh sənədi Brüsselin də, Moskvanın da masasındadır
Yusif Nəzərli
08:56 27.05.2022
Siyasət
401
Qərb və Rusiyanı proseslərin içərisində tutmaq Bakının xeyrinədir
Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşünün keçirildiyi yer bilinib. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Arazdəyən (Vedi rayonunun Arazdəyən kəndi) istiqamətində sərhəd xəttində görüşüb. Növbəti görüşün vaxtı isə hələ müəyyən olunmayıb.
Qeyd edək ki, tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə olunub.
Eyni zamanda növbəti iclasların fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. İkinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi planlaşdırılıb. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada baş tutacaq.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, yaxın zamanlarda Ermənistan və Azərbaycan arasında baş nazirlərin müavinləri səviyyəsində növbəti görüşün keçirilməsi zamanı ortaya hansısa bir sənədin qoyulması gözlənilir. Nazir bildirib ki, Azərbaycan bu istiqamətdə bir ildən çoxdur öz sistemli addımlarını atır:
“Məlumat yayılıb ki, Azərbaycan ərazisində Ermənistan sərhədlərinə doğru həm dəmir, həm avtomobil yolları üzrə işin icra əmsalı kifayət qədər yüksəkdir. 2023-cü ildə həm dərmir yolunun, həm də avtomobil yolunun inşası Azərbaycan ərazisində başa çatacaq. Ermənistanın normal, praqmatik və üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirərək işləri başa çatdırması müəyyən mənada öz marağındadır”.
Prosesləri “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov deyib ki, komissiyaların görüşü və növbəti görüşlər üçün fərqli məkanların seçilməsi prinsip etibarı ilə istər Rusiya, istərsə də Brüssellə qarşılıqlı əməkdaşlıq ediləcəyi mesajının verilməsidir:
“Bu metod Qərb və Rusiyanı proseslərin içərisində tutmaq üçün ən yaxşısıdır. Belə olan halda tərəflər məsuliyyətdən boyun qaçıra bilməyəcəklər. Qərb və Rusiyanın indiki tarixi şəraitdə qarşılıqlı olaraq prosesə hansı dəstəyi verə biləcəyi məsələsi isə başqa məsələdir.
İlk baxışda Ukrayna müharibəsi ilə əlaqəli yaranmış Qərb və Rusiya qarşıdurması fonunda digər bir platformada birlikdə fəaliyyət göstərmək real görünmür. Lakin hesab edirəm ki, bu fəaliyyətin mümkünlüyü Azərbaycan və Ermənistandan asılıdır.
Bu, regionun gələcəyi üçün təkcə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yenidən bir araya gəlməsi deyil, eyni zamanda beynəlxalq arenada yaranmış qarşıdurmanın da aradan qalxması üçün mühüm platforma ola bilər. Təbii ki, Qərb və Rusiyanın öz təşəbbüslərində nə qədər istəkli və səmimi olması prosesdə mühüm rol oynayan amildir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə