Sülh üçün əlverişli platforma hansıdır? - Xanım politoloqdan proqnoz
09:45 28.12.2023
Siyasət
375
“Xarici qüvvələr Ermənistanı çox təhlükəli geosiyasi oyunlara çəkir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya xarici qüvvələrin İrəvanı daha çox təhlükəli geosiyasi oyunlara çəkmək cəhdlərini müşahidə edir. “Qərb Ermənistanın və ermənilərin taleyinə tamamilə biganə yanaşır. Rusiya isə müttəfiqlik xarakterli münasibətləri nəzərə alaraq sülhə, sabitliyə və Ermənistanın çiçəklənməsinə yardım etməyə hazırdır. Bizim üçün bu, həqiqətən də çox əhəmiyyətə malikdir”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması perspektivlərindən də danışıb. “Biz İrəvanla Bakı arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında münasibətlərin normallaşması üçün yaxşı perspektivləri görürük. Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması üçün ilkin şərtlər mövcuddur. Ümumilikdə, biz Cənubi Qafqazda münaqişəliliyin azalmasında və bu regionun zəngin potensialının açılmasında maraqlıyıq. Hesab edirik ki, buna “3+3” məşvərətçi regional əməkdaşlıq platforması çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi yardım edə bilər”, deyə Rusiya XİN rəsmi nümayəndəsi yekunlaşdırıb.
Zaxarovanın fikirlərinə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a açıqlamasında bildirib ki, sülh üçün əlverişli şərait anlayışının bir qədər nisbi xarakterli yanaşma olduğunu qeyd etmək lazımdır:
"Amma ümumilikdə sülh müqaviləsinin imzalanması üçün prinsipial məsələlərdə razılıq əldə olunduğu an həqiqətən də sülh üçün ən əlverişli zaman olaraq ifadə edilə bilər. Yəni, Ermənistan Azərbaycan tərəfindən təqdim edilən və beynəlxalq hüquqa əsaslanan prinsipləri qeyd-şərtsiz qəbul etdiyi zaman biz həqiqətən sülhə nail ola bilərik. Bunun üçün üçüncü və ya dördüncü tərəflərin iştirakı, ya da çağırışı da mütləq deyil. Çünki vasitəçilərin hər birinin sülh danışıqları ilə bağlı öz maraqları var. Ermənistanı hərbiləşdirərək revanşist əhval-ruhiyyəni alovlandırmağa çalışan Qərbin məqsədinin isə heç bir halda regionda sülh və sabitliyə nail olmaq olmadığını aydın şəkildə müşahidə etmək mümkündür".
Xanım politoloq onu da vurğulayıb ki, Ermənistan Qərbin “himayədarlığı” ilə sülh müqaviləsinin imzalanmasına çalışır:
"Əslində erməni tərəfi Qərbin “himayəsində” sülhə deyil, Rusiyanın Ermənistan üzərində təsir gücünün birdəfəlik azalmasına nail olmağı hədəfləyir. Təbii ki, bu da Rusiyanın maraqlarına tamamilə ziddir. Belə olan halda Rusiya regiona yeni aktorların cəlb olunmasındansa, regional platforma çərçivəsində danışıqların aparılmasında və problemlərin müzakirəsində maraqlı tərəf olaraq çıxış etməyə üstünlük verir. Hətta bu məqamda ikitərəfli danışıqlar formatı çərçivəsində sülhə nail olmaq Rusiya üçün daha çox arzuolunandır, nəinki Qərbin vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində hansısa razılığın əldə olunması. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın səsləndirdiyi fikirlərin verdiyi əsas mesajlar da məhz bunu bir daha təsdiqləyir. Nəticə etibarilə, sülh müqaviləsinin imzalanması üçün Rusiyanın, Qərbin və ya digər tərəflərin nə deməsindən daha önəmli faktor Azərbaycanın haqlı tələblərinin qeyd-şərtsiz qəbul edilməsidir. Bunun üçün də ən uğurlu platforma heç şübhəsiz ki, cənab Prezident İlham Əliyev tərəfindən təklif edilən ikitərəfli danışıqlar platformasıdır. Beləliklə də, üçüncü tərəflərin iştirak etmədiyi ikitərəfli görüşlər çərçivəsində biz sülhə və uğurlu regional inteqrasiya üçün əsas şərtlərin formalaşdırılmasına nail ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm