Sülhməramlılar əndazəni aşır
Yusif Nəzərli
01:48 03.12.2022
Siyasət
451
Xarici vətəndaşların Xankəndiyə ayaq açmasına Rusiya şərait yaradır
"Bakı Moskvaya öz vəzifələrini xatırlatmalıdır. Əks halda, Azərbaycan erməni silahlıları ilə yanaşı, həmin şəxsləri də antiterror əməliyyatlarının hədəfinə gətirə bilər"
"Rusiya sülhməramlı kontingenti Kremldən aldığı gizli hərbi-siyasi təlimatlarla böyük qələtlər edir ki, bu da münasibətləri gərginləşdirir". Bu sözləri "Şərq"ə siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Rusiya sülhməramlıları münaqişədən sonrakı reallıqlarda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində müəyyən rola sahibdirlər. Amma onların mandatı ilə fəaliyyətləri arasındakı ziddiyyətlər Qarabağda silahlı münaqişəni diriltmək meyilləri ilə xarakterizə olunur: "Bu yaxınlarda sülhməramlıların fəaliyyətinin nəticəsi olaraq növbəti “şad xəbər”i aldıq. İddialara əsasən, 14 xarici vətəndaş onların müvəqqəti məsuliyyət zonasından keçərək Xankəndiyə ayaq basıb.
Azərbaycan mətbuatındakı həmin iddia ilə bağlı informasiya axınında İranın adı çox hallanır. Təbii ki, sıradan iddialar deyil, məlumatlara əsasən, həmin 14 şəxs iranlıdır. Bunun doğruluğunu sübut etmək üçün əlimizdə maddi dəlillər toplusu olmasa da, qazanın içindən Tehranın çıxması xəbərləri ən uyğun təsbit edilmiş versiya kimi saxlanıla bilər. İran regional ambisiyalarının mərhələlərində xeyli uğursuzluğa düçar olsa da, Azərbaycana qarşı Ermənistanın əlinə oynayan xarakterini əsaslı şəkildə dəyişməyib. Bu, Tehranın kəşfiyyat-pozuculuq fəaliyyətinin hələ də aktual olaraq qaldığını göstərir. 14 şəxs kimdir, hansı ölkənin vətəndaşıdır? Əslində bu da o qədər önəmli deyil. Çünki nəticə olaraq həmin şəxslər sülhməramlıların xeyir-duası altında mübhəm bir planla Xankəndiyə yol tapıblar. Azərbaycan həmin məchul şəxslərin öz ərazilərində mövcudluğunu müxtəlif pərdə altında həyata keçirilən terror fəaliyyəti kimi qiymətləndirmək hüququna sahibdir. Yəni dəxli yoxdur, hansı ölkənin vətəndaşıdır. Onların Bakının razılığı olmadan Azərbaycan ərazilərinə soxulması Azərbaycana qarşı məhdud kontingentdən istifadə edərək geniş hədəflərə çatmaq planlarının carçısıdır".
A.Kərimova görə, Rusiya həmin insanların Azərbaycan ərazilərinə soxulmasını sırf özünün nəzarətində olan iqtisadi hab yaratmaq məqsədlərinə calayır: "Rusiya gələcək üçün Qarabağda və Şərqi Zəngəzurdakı qızıl yataqlarının istismarında hüquqi pay sahibi olmaq üçün həmin 14 nəfərdən istifadə edir. Regionda terror ünsürlərini yetişdirmək potensialında olduğu siqnallarını çatdırmaqla Bakıya təzyiq etmək istəyir. Məsələdə Rusiya ilə İran sövdələşiblər və Moskva öz amallarına irəliləmək üçün Tehranın pozuculuq fəaliyyətindən istifadə edir. Səbəblər zəncirini bir kənara qoyaq, ortada bir nəticə var ki, bu da sirli insanların, ya da aşkar casusluq fəaliyyəti ilə məşğul olanların Azərbaycan ərazilərində peyda olmalarıdır. Həmin nəticə Azərbaycan ilə Rusiya arasında imzalanan Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamənin ruhunun Kreml tərəfindən tapdalanması deməkdir. Mövcud halı Bəyannamənin 11-ci və 18-ci maddələri ilə tövsif etmək olar ki, burada Bakı Moskvaya öz vəzifələrini xatırlatmalıdır. Əks halda, Azərbaycan erməni silahlıları ilə yanaşı, həmin şəxsləri də antiterror əməliyyatlarının hədəfinə gətirə bilər, ona görə də yaxşı olar ki, Moskva indidən yaratmaq istədiyi çətiri terror vasitəsilə deyil, praqmatik iqtisadi-siyasi ideallarla təklif kimi Bakıya təqdim etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət