Sülhməramlılar səbrimizi sınağa çəkmək istəyirlər
Yusif Nəzərli
04:44 03.12.2022
Siyasət
483
Elçin Mirzəbəyli: "Gözləyirlər ki, günün birində qapını-bacanı qapadaq və Andreylə Rubeni gəldikləri yerə “göndərək”?!"
"Rusiya sülhməramlılarının ermənilərlə “işbirliyində” olduqları, missiyalarına qazanc mənbəyi kimi baxdıqları kimsəyə sirr deyil". Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik qeyd edib ki, "sülhməramlı”ların bu mərəzi ta bineyi-qədimdən qalıb: "Xalqımız Rusiya hərbçilərinin və “çinovnik”lərinin bir xeyli hissəsinin rüşvət və eyş-işrət sevdasına yaxşı bələddir. Uzaq tarixdə, yəni çar Rusiyası dönəmində bunu pristavların və irili-xırdalı məmurların, sovet dövründə, xüsusilə də şər imperiyasının süqutu ərəfəsində Arkadi Volskilərin timsalında sınaqdan keçirib. İndi də Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkovun və tör-töküntülərinin əməllərində müşahidə etməkdədir. Əslində general-mayor Volkov sülhməramlıların komandanı təyin ediləndə dalağım sancmışdı. Məsələ burasındadır ki, Andrey Volkov Suriyada, Türkiyə ilə həmsərhəd Afrin bölgəsində dislokasiya olunan hərbi kontingentə rəhbərlik edib. Yəni vəzifəsi PKK və YPG terrorçularını himayə etməkdən, Türkiyəyə qarşı təxribatlar törətməkdən, silah satmaqdan ibarət olub. İstisna etmirəm ki, Volkov Suriyadakı missiyasını, müəyyən korrektələr etməklə bu gün də Azərbaycan torpaqlarında davam etdirir. Biznesmen-emissar Ruben Vardanyanın sülhməramlıların müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərinə “atılması”ndan sonra isə Volkovun iştahı daha da açılıb və görünür, geriyə sələflərindən daha çox “qənimətlə” qayıtmaq həvəsi onu bir xeyli “cəsarətləndirib”.
E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Müdafiə Nazirliyi son günlər bir neçə dəfə toponimlərimizin erməniləşdirilməsi ilə bağlı etirazını dilə gətirib: "Lakin nə Volkovun “pulyuyan Ruben”lə birgə açdığı “piştaxta”sından, nə də Rusiyanın müvafiq dövlət qurumlarından səs, səda çıxmayıb. Sanki “qurbağa gölünə daş atıblar”. Azərbaycan xalqının öz toponimlərinə kifayət qədər həssas yanaşdığını Rusiyada kifayət qədər yaxşı bilirlər. Andrey Volkov da bilməmiş deyil, şübhəsiz. O zaman bir neçə dəfə təkrarlanan irada və bütövlükdə Azərbaycan xalqının etirazına münasibətdə nümayiş etdirilən etinasızlığın, sonsuz sükutun səbəbi nədir? Səbrimizi sınağa çəkmək istəyirlər, yaxud gözləyirlər ki, günün birində qapını-bacanı qapadaq və Andreylə Rubeni gəldikləri yerə “göndərək”?! Səbrimiz çoxdur, amma sonsuz deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət