Sunak Ərdoğana təşəkkür etdi
17:10 11.07.2023
Siyasət
461
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Rişi Sunak Qara Dəniz Taxıl Təşəbbüsünü müzakirə edərək, onun genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu barədə çərşənbə axşamı NATO sammitinin açıldığı Vilnüsdə liderlərin görüşünün yekunu üzrə Böyük Britaniya hökuməti başçısının ofisinin yaydığı bəyanatda deyilir.
“Prezident Ərdoğan baş nazirə Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə son səfəri barədə məlumat verib. Liderlər həmçinin Qara dəniz taxıl müqaviləsinin uzadılması tapşırığının vacibliyi barədə razılığa gəliblər”, - sənəddə bildirilib.
Sunak həmçinin Ankaranın İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etmək vədini alqışlayıb və bu qərara görə Ərdoğana təşəkkür edib. Görüş zamanı həmçinin ikitərəfli münasibətlər, o cümlədən qabaqcıl müdafiə texnologiyaları, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Mənbə: Anadolu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm