Suriyada məzhəbçilik ön plandadır, çətin olacaq - POLİTOLOQ
Suriyada məzhəbçilik ön plandadır, çətin olacaq - POLİTOLOQ
Yusif Nəzərli
04:26 04.02.2025
Siyasət
473
Əhməd Şaraa tədricən avtoritar rejim qurub, hakimiyyətini qorumaq üçün gücdən istifadəyə məhkumdur
Suriyada yeni administrasiyanın lideri Əhməd əş-Şaraa keçid dövrünün prezidenti elan edilib. Dəməşqdə Şara, xarici işlər naziri Əsəd Həsən Şeybani və ölkənin hərbi qruplaşmalarının nümayəndələrinin iştirakı ilə “Qələbə Konfransı” keçirilib. Tədbirin sonunda Hərbi Əməliyyatlar İdarəsinin mətbuat katibi polkovnik Həsən Abdelqani yekun bəyannaməni oxuyub. Bu sənədə əsasən, Şara keçid dövrü ərzində Suriyanın prezidenti elan edilib və o, ölkəni beynəlxalq platformalarda təmsil etmək səlahiyyətinə malikdir. Konfrans 2012-ci il konstitusiyasını ləğv edib. Abdelqani həm də Əsəd rejimi ilə əlaqəli ordu, təhlükəsizlik qüvvələri və parlamentin buraxıldığını açıqlayıb. Əhməd əş-Şaraa keçid dövründə Suriya prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək. Bununla yanaşı, dekabrın 8-i “Böyük Suriya inqilabının qələbəsi” şərəfinə milli bayram elan edilib.
Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. 2024-cü ilin yanvar ayından İdlib vilayətində müxalifətin yaratdığı Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb. Suriyanın faktiki lideri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan “Hayat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əhməd əş-Şaraa olub. Digər məlumata görə, Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa (Məhəmməd Colani) Türkiyəyə səfər edəcək. Suriya liderinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, HTŞ lideri Əhməd əş-Şaraanın Suriyanın yeni prezidenti olması gözlənilirdi. Əslində, Suriyanın tarixinə və daxili dinamikasına baxdıqda bunun təbii olduğunu deyə bilərik:
"Məsələn, Suriyada siyasi mühitin xaotik olduğu 1950-1960-cı illərdə “Baas” Partiyası təşkilati gücünü artırıb, 1963-cü il martın 8-də həyata keçirilən çevriliş nəticəsində hakimiyyəti ələ keçirdi. Hərbi komitənin rəhbərləri Salah Cədid və Hafiz Əsəd bu çevrilişin əsas simaları idi. “Baas”ın hakimiyyətinin ilk illərində partiya daxilində ciddi fraksiya qarşıdurmalarının yaşanması, Mişel Əfləq və Səlahəddin Bitar kimi ənənəvi liderlərin radikal sosialistlərlə münaqişəyə girməsi 1966-cı ildə Salah Cədidin başçılığı ilə çevrilişə səbəb oldu. Onun başçılıq etdiyi radikal sosialist qrupla Hafiz Əsədin təmsil etdiyi praqmatik liderlər arasında gərginliyin artması isə sonuncunun 1970-ci il noyabrın 13-də Salah Cədid hökumətini devirməsinə gətirib çıxardı. Nəticə etibarilə Əhməd Şaraanı prezidentliyə yüksəldən proses, əslində, 62 il sonra fərqli ideologiyadakı başqa bir qrupun hərbi çevrilişlə hakimiyyətə gəlişindən başqa bir şey deyil".
Ekspertə görə, Əş-Şaraa Suriyanın prezidenti kimi xalqa ilk müraciətində ölkənin ərazi bütövlüyünü təmin edəcəyinə söz verib. Prezident deyib ki, qarşıdakı dövrdə bir sıra prioritet məsələlərin həllinə diqqət yetiriləcək ki, bunlardan biri də vahid iqtidar altında, vahid torpaqda bütün Suriyanın ərazi bütövlüyünün bərpası prosesinin başa çatdırılmasıdır:
"Colaninin vədi diqqət çəksə də, icrası çətindir. Çünki Suriya milli dövlət təkamülünü tamamlamayıb. Ölkədə məzhəbçilik ön plandadır. Bundan başqa, tayfa ittifaqlarının gücü də böyükdür. Ən önəmlisi isə ölkədə çox sayda hərbi qruplaşma aktiv fəaliyyət göstərir. Buna görə də Colani tədricən avtoritar rejim qurub, hakimiyyətini qorumaq üçün gücdən istifadə etməli olacaq. Lakin bu da yeni qarşıdurma riskini artırır. Ən önəmlisi isə Qərbin dəstəyini qazanması çətin görünmür. Xüsusilə də seçkilər olmadan prezident postuna əyləşməsi, Suriya üçün iqtisadi vəziyyətin düzəlməsi Qərbə körpülərin qurulmasını çətinləşdirir. Əş-Şaraa talibançı olmaya bilər, amma Əsəddən fərqi də olmayacaq!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya