Tapşırıq Xameneinindir
Yusif Nəzərli
08:56 09.12.2022
Siyasət
511
Tehran İrəvanı gücləndirərək, Bakının Zəngəzur dəhlizi tələblərini də sıradan çıxarmağa çalışır
İran Azərbaycanın güclənməsinə, regionda söz sahibi olmasına hər zaman qısqanclıqla yanaşıb. Təsadüfi deyil ki, molla rejimi dövlətimizə qarşı müxtəlif mənfur əməllərə, təxribatlara əl atmaqdan da geri durmayıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Tehran rejimi, hətta öz çirkin niyyətinə çatmaq üçün torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan, dini abidələrimizi, müqəddəs məkanlarımızı dağıdan, təhqir edən Ermənistanla sıx əməkdaşlıq edib. Düşmənə hərbi, iqtisadi, siyasi yardımları əsirgəməyib. Molla rejiminin anti-Azərbaycan siyasəti və Ermənistanla sıx hərbi əməkdaşlığı hazırda da davam edir.
Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, İranın Ermənistanı silahlandırması birbaşa bu ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin xeyir-duası ilə gerçəkləşir. Ekspertin fikrincə, İranda bu kimi mühüm qərarlar Xameneinin tapşırığı olmadan həyata keçirilə bilməz:
"Xamenei təkcə Ermənistana raket, silah-sursat göndərilməsinə xeyir-dua verməyib, bu silahları istifadə edəcək kadrları yetişdirmək üçün xüsusi mütəxəssislər də göndərib. Noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. İranlı mütəxəssislər Qarabağa diqqət çəkməmək üçün məhz iki qrup halında gətirilib. Lakin hər iki qrupu gətirən şəxsin Ermənistan vətəndaşı Yura Baqdasaryan olması bu iki qrupun bir-biri ilə bağlı olduğunu və eyni tapşırıq ilə gəldiyini təsdiqləyir. Raket komplekslərinin Ermənistana çatdırılmasından bir ay sonra 27 nəfər İran vətəndaşının iki qrup halında Qarabağa gəlməsi deməyə əsas verir ki, bu şəxslər əslində hərbi təyinatlı şəxslərdir. Əsas missiyaları qanunsuz erməni silahlı dəstələrə təlim keçməkdir. Noyabrın 24-də 14 nəfərlik birinci qrup birbaşa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmış qanunsuz erməni hərbi birləşmələrinə təlim keçmək üçün Qarabağa gəldiyi halda, noyabrın 30-dək gələn ikinci qrup öncə Ermənistana, daha sonra Qarabağa gəlib. Molla rejimi Ermənistanla Azərbaycan arasında hər an başlaya biləcək bir gərginlik qarşısında İrəvanın və dolayı yolla separatçıların hazır olmasını istəyir. Tehran İrəvanı gücləndirərək, Bakının Zəngəzur dəhlizi tələblərini də sıradan çıxarmağa çalışır. Zəngəzur dəhlizi məsələsində “qırmızı xətt” ifadəsini ilk işlədənlərdən biri məhz İran ali dini lideri Əli Xamenei idi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə