
"Taxıl sazişi" Türkiyə üçün strateji məsələdir
08:30 20.07.2023
Siyasət
408
Ona görə də bütün vasitələrdən istifadə etməklə sazişin müddətinin uzadılmasına çalışacaq
Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb. Moskva saziş çərçivəsində Rusiyanın tələblərinin icra olunmadığını, qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini iddia edib. Məlumat üçün deyək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu. Avropa İttifaqı (Aİ) Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb. Qeyd edilib ki, Rusiya ərzaqdan silah kimi istifadə edir, bütün dünyada taxıl tədarükündəki fasilələrə və ərzaq qiymətlərinin qlobal artımına görə bütün məsuliyyəti öz üzərinə götürür. Avropa diplomatiyasının rəhbəri Cosef Borrell bildirib ki, Aİ qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün ziyan çəkən tərəfdaş ölkələrlə işləməyə davam edəcək və taxıl təşəbbüsünün bərpası üçün bütün səyləri dəstəkləyəcək. Ukrayna “taxıl sazişi” çərçivəsində məhsulların Rumıniya və Bolqarıstanın ərazi suları vasitəsilə daşınması imkanlarını nəzərdən keçirir. Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar telemarafonun efirində məlumat verib. Qeyd edək ki, Rusiya “Taxıl sazişi”ndən çıxmaqla gəmi daşınmaları təhlükəsizliyi ilə bağlı verdiyi zəmanətləri geri götürüb. Bodnarın sözlərinə görə, rusiyalılar ola bilsin ki, bəyan etdikləri bütün təhdidlərə əməl etməsinlər. Lakin bununla belə təhlükə qalmaqdadır və bu, gəmiçilik şirkətlərinə, sığorta fəaliyyətlərinə və s. öz təsirini göstərir. Eyni zamanda səfir bildirib ki, Ukrayna bu risklərə zəmanət vermək üçün müvafiq fond yaradıb, lakin müəyyən şərtlər var: "Bizim, həmçinin gəmiləri və şirkətləri cəlb etmək imkanımız var. Bizim nöqteyi-nəzərimizdən bunu artıq razılaşdırılmış bu marşrutdan istifadə etmədən də, Rumıniya və Bolqarıstanın ərazi sularından keçməklə həyata keçirmək olar. Bu, riskləri minimuma endirmək üçün mümkün variantlardan biridir”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Rusiyanın iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı ilə bağlı müəyyən sanksiyalar var və Kreml bəzi sanksiyaların aradan qaldırılmasını tələb edir. Ekspertin fikrincə, Türkiyə "Taxıl sazişi"nin müddətinin uzadılması üçün ciddi cəhd göstərir:

"Əgər Moskva sazişin müddətini uzatmazsa, Türkiyə məcbur qalacaq ki, hərbi donanması vasitəsilə "Taxıl dəhlizi"nin təhlükəsizliyini təmin etsin. Əlbəttə, bu, Rusiyanın əleyhinə çevrilə bilər. Ancaq Ankara bu prosesdə həddindən artıq qərarlı və israrlı olarsa, Kreml Türkiyənin önünü kəsə bilməz. O baxımdan düşünürəm ki, bir müddət sonra Risiya "Taxıl sazişi"nə yenidən qoşula bilər. Moskvanın müəyyən istəkləri var və onların Avropa İttifaqı tərəfindən qarşılanmasını istəyir. Ümumiyyətlə, Rusiyanın "Taxıl sazişi"ni öz əlində silah kimi istifadə etməsi qəbuledilməzdir. Çünki həmin gəmilərdəki taxıl Afrikanın kasıb ölkələrinə daşınır. Orada yoxsul, ac insanlara göndərilir. Belə məsələdə Kremlin cığallıq etməsi beynəlxalq müstəvidə Moskvanın imicini də zədələyir".
Analitik hesab edir ki, Türkiyə sazişin müddətinin uzadılmasına nail olarsa, beynəlxalq imici daha da güclənəcək, ölkənin geostrateji önəmi artacaq: ""Taxıl sazişi" Türkiyə üçün də strateji məsələdir. Ona görə də bütün vasitələrdən istifadə etməklə sazişin müddətinin uzadılmasına çalışacaq. Rusiyanın da razılaşmaqdan başqa yolu qalmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya