TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada bəyanat qəbul edəcək
Yusif Nəzərli
08:31 21.12.2022
Siyasət
397
Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşada bəyanat qəbul edəcək.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
O qeyd edib ki, TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri iki gündür Azərbaycandadırlar: “Dünən paytaxtda Bakı-Şuşa Forumunun açılışı oldu. Forum çərçivəsində türk dünyasındakı diaspor təşkilatlarının birgə fəaliyyəti müzakirə olundu. Eyni zamanda, TDT çərçivəsində gələn il üçün fəaliyyət planı müzakirə olundu. Gələn il TDT diaspor gənclərinin görüşü keçiriləcək. İlk dəfədir ki, bu formatda görüş olacaq. Amma müxtəlif formatlarda müntəzəm görüşlər keçirilir”.
F. Muradov söyləyib ki, forum bu gün Şuşada davam etdiriləcək:
“Forumun sonunda bəyanat qəbul olunacaq. Bu bəyanatda Azərbaycanda gedən proseslər və türk dövlətlərinin bu prosesə yanaşması əksini tapacaq. Biz istəyirik ki, Şuşa hər il belə tədbirlərə ev sahibliyi etsin. Biz təkcə TDT-ni deyil, digər beynəlxalq təşkilatları da bu işə cəlb edəcəyik. Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə işlərimiz davam edir”.
O, həmçinin ölkəmizin mədəniyyət paytaxtı Şuşa ilə bağlı çoxlu planların olduğunu xatırladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi