
Təbrizdə erməni Baş Konsulluğu: Məqsəd nədir? - ŞƏRH
13:04 28.12.2023
Siyasət
480
“Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması siyasi bir addımdır. Bu, bizim üçün müəyyən mesajdır”.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.
Fərid Şəfiyev bu qərarın İranda yaşayan azərbaycanlılar üçün hansısa problem yaradacağını düşünmür.
O qeyd edib ki, İran suveren bir ölkə kimi Ermənistanla hansısa münasibətlər qura bilər: “Biz illərdir Təbrizdə mədəni mərkəz yaratmaq istəyirik, bu məsələ həll olunmur, lakin necə olursa, Ermənistanın təklifləri tez bir zamanda həllini tapır”.
İranın növbəti addımını dəyərləndirən Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili "Sherg.az"a bildirib ki, Azərbaycan 1991-ci ildən sonra çox qarışıq bir dönəm yaşayıb:

" Azərbaycanın özünə gəlməsi, ordusunu qurması, bölgədə özünü təsdiq etməsi və Türkiyə ilə iş birliyi aparması bəlli bir vaxt aldı. Amma böyük işğal problemini dövlətinin və xalqının iradəsi sayəsində həll edib. İran Azərbaycanın 1991-ci il tarixindən sonra onun istiqlalını öz varlığı üçün təhlükə görən başlıca ölkədir. Ermənistan və İran strateji müttəfiq dövlətlərdir. Azərbaycanla əlaqəli mövqelərində hər zaman bərabər hərəkət ediblər. İran islamçılıq iddiasında olsa da, Ermənistanın nəfəs borusu olub. İran dövləti dini və etnik azlıqların cəhənnəmidir. Ermənilər üçün isə hər zaman İran cənnət rolunu oynayıb. Ermənilər İranda yeganə azlıqlardır ki, həqiqətən öz ana dillərində məktəbləri var və şəriətlərinə uyğun olaraq rahat gəzə bilirlər. Hətta hicab belə onlar üçün məcburi deyil. Ermənilərin də hər zaman Azərbaycanla problemləri olduğu üçün İranın əzizi olub. Biz erməniləri torpaq iddiası olan Xankəndidən çıxarmaqla bir növ İranı da qovmuş sayılırıq. Təbrizdə Baş konsulluğun açılması Azərbaycana yenə düşmən olduqlarını və müttəfiq olaraq Ermənistanı buraxmadığı mesajını verməyə hesablanıb. Amma bunun bizim üçün heç bir təsiri olmayacaq. Sadəcə olaraq İranın siyasətinin Azərbaycana qarşı nə qədər düşmən mövqedə olduğunun göstəricisidir. Bu xalqımızın oyanması və İranın yalandan islamçı olduğunun üzə çıxması baxımından önəmli amildir. İran Təbrizdə belə bir konsulluq açmaqla öz əleyhinə Azərbaycanda yeni bir cəbhə açır. İranın atdığı addımlar bölgədə Azərbaycanın yüksələn gücünü həzm edə bilmədiyinin göstəricisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm