Tehran-Bakı xəttində yeni fürsətlər açılıb
Fidan Həmişəyeva
11:57 25.01.2021
Siyasət
669
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanda rəsmi səfərdədir edib. Prezident İlham Əliyev iranlı naziri qəbul edib. Görüş zamanı bir sıra məsələlər müzakirə olunub.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu məlum görüşlə bağlı fikirlərini “Sherg.az”la bölüşüb:
“İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Prezident İlham Əliyevlə bu gün görüşdə səsləndirdikləri fikriləri bir neçə hissəyə bölmək olar: Birincisi, İranın xarici işlər naziri Azərbaycan prezidentini və xalqını işğal altındakı ərazilərin azad edilməsi münasibətilə təbrik etdi. Zərifi Azərbaycanın Ermənistan üzərindəki qələbəsiylə bağlı başqa cümlələr də işlətdi: “Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün oldu.
Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır”.
İran rəsmisinin Azərbaycanı işğalçı üzərində qələbə münasibətilə təbrik etməsi Azərbaycan və Azərbaycan-İran əməkdaşlığı üçün əhəmiyyətlidir. İran rəsmiləri müharibəyə qədər deyərdilər ki, Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə deyil yalnız danışıqlar yolu ilə həll etmək olar. Azərbaycan bu reallığı dəyişdi və Tehran müharibə ilə qələbə reallığını qəbul etdi.
Zərifi Azərbaycandan sonra Ermənistana səfər edəcək. Aydındır ki, İranın xarııc işlər naziri Bakıda dediklərini İrəvanda təkrarlamayacaq. Ancaq Zərifinin Bakıda qələbə ilə bağlı dedikləri müxtəlif dillərə tərcümə ediləcək və Ermənistanda da oxunacaq. Ermənistanda görəcəklər ki, İran Azərbaycanın qələbəsini və Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu birmənalı tanıyıb”.
Politoloq qeyd edib ki, Tehran Azərbaycanın müharibədə qələbəsindən sonra regional əməkdaşlığın genişlənməsində Bakı və Ankara qədər maraqlıdır:
“Zərifi Tehranın “3+3” əməkdaşlıq formatını qəbul etdiklərini deyib: “Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.
İran işğal altındakı ərazilərin bərpasında iştirak etmək istəyir. Bu da Azərbaycanın maraqlarına uyğundur. Bununla İran bir daha Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu təsdiq etmiş olacaq. “Azərbaycanın ərazi bütövlüyünü bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur. İran bu işdə yardımçı olmaq arzusundadır” – sözləri də Tehranın işğaldan azad olunmuş bölgələrdə çalışmaq istəyindən xəbər verir. Bunlardan biri artıq reallaşıb. İranla Azərbaycan Xudafərin su anbarından birgə istifadə etməyə başlayıblar, gələcəkdə Araz çayı üzərində elektrik stansiyasının tikintisi də planlaşdırırlır. Yəni Azərbaycan torpaqları azad edildikdən sonra həmin ərazilərdə elektrikin təmini üçün ilk çalışmalara başlayan İran şirkətləri oldu. İranla Azərbaycan Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işləri davam etdirirlər.
Beləliklə, müharibədən sonra Azərbaycanla İran arasında əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açılıb. Bunu İlham Əliyev də Zərifini qəbul edərkən vurğuladı.
“Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq” deyən İlham Əliyev iki ölkə arasında əməkdaşlığın səviyyəsindən çox məmnun qaldığını bildirib. İran və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini də gücləndirməkdə maraqlıdırlar. 2020-ci ildə bu marşrutla yükdaşımaların həcmi 20 faiz artıb. Bu, müsbət nailiyyətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə