Tehran qisas planları üzərində düşünür
Yusif Nəzərli
10:16 25.05.2022
Siyasət
411
İran polkovnikinin öldürülməsi ölkəni əməlli-başlı silkələyib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Səyyad Xudayari qətlə yetirilib. Məlumata görə, polkovnik şəxsi avtomobilinin sükanı arxasında olarkən ona atəş açıblar. Beş güllə yarası alan Xudayari yerindəcə ölüb.
Siyasi şərhçi Aqşin Kərimov bildirib ki, baş verənləri kəşfiyyat müharibəsi kimi analiz etmək məntiqinə ehtiyac yaranır. Çünki nə İran, nə də İsrail bir-birlərinə olan amansız düşmən obrazından ayrılıblar: “İranın kəşfiyyat xidmətinin xarici istiqamətlərinin gündəliyində israilli biznesmenləri öldürmək planları əsas xətt kimi görünür. Amma MOSSAD-ın gücü və əlaqələri sayəsində Tehran həmin sui-qəsd planlarını həyata keçirməkdən məhrum olur və tərəflər arasındakı mübarizə başqa fazaya daxil olur. İran üçün sosial etirazlar xarakterikdir. Bu, birinci hal deyil, lakin son zamanlar İranda bir neçə xarici vətəndaşın casus kimi saxlanılması İranın kəşfiyyat poliqonuna çevrildiyini göstərir. Onsuz da atılan hər bir addıma adekvat tədbir görülür. İndiki halda İsrailin və onun yardımı ilə Qərbin kəşfiyyat dairələrinin İrandakı koordinasiyalı işinin izlərini görmək mümkündür. Polkovnikə motosikletlə hərəkət edən silahlılar atəş açıblar. Sadə İran vətəndaşlarının bunu etməsi çətindir. Qətl peşəkar, düşünülmüş və sistemli işin tərkib hissəsidir. İranda güclənən sosial etirazlar fonunda ölkənin əsas kəşfiyyat-təhlükəsizlik orqanının polkovnikinin qətli ittihamları İsrailə yönəldir. Hələ 2020-ci ilin noyabrın sonlarında Tehranda nüvə alimi Möhsün Fəxrizadə də silahlı hücum zamanı öldürülmüşdü. Bu dəfə isə eyni aqibəti SEPAH üzvü yaşadı. İran özü də SEPAH zabitinin ölümündə İsraili təqsirləndirir. Bu, onun etirafıdır ki, ölkədə İsrailin kəşfiyyat orqanları özünə əməlli-başlı yer edib”.
A.Kərimov xatırladıb ki, İran Prezidenti Seyid İbrahim Rəisi sui-qəsdə görə qisas alınacağına söz verib. Yəqin ki, indi İsrail də, Qərb də, güclü təhlükəsizlik çağırışları ilə üz-üzədir:
“İran rəsmi şəkildə bəyan edib ki, Sayad Xodainin öldürülməsi qırmızı xətlərin keçilməsidir. Bunun açıqlaması budur ki, Tehran qisas planları üzərində düşünür. SEPAH polkovnikini İsrailin qətlə yetirməsini göstərən əlamətləri İsrail mətbuatındakı yanaşmalardan hiss edirik. Həmin zabitin son zamanlar israillilərə qarşı sui-qəsd həyata keçirməyə cəhd etdiyi bildirilir. İsrail isə bu mərhələdə qalib kimi ayrıldı. İsraildə hesab edirlər ki, SEPAH zabitinin missiyası beynəlxalq arenada qətl və hücumlar həyata keçirmək olub, hətta bir az da irəli gedərək onun gizli bölmənin komandiri kimi fəaliyyət göstərdiyi qeyd olunur. İsrail mediasındakı bu məlumatlar sözsüz ki, sıradan jurnalist araşdırması yox, birbaşa kəşfiyyat məlumatlarıdır.
Bu dərəcədə geniş məlumatlar onun göstəricisidir ki, qətldən qabaq həmin şəxs haqqında kəşfiyyat məlumatları toplanıb və öldürülməsi üçün əsaslar yaradan qərar verilib. İrandakı həm daxili, həm də xarici faktorlarla əlaqədar yaranan qeyri-sabitlik Qərbin nüvə danışıqlarında Tehran üzərində təzyiq formalaşdırmaq üçün əsaslarını çoxaldır.
Çünki İrandakı iqtisadi durumun bir səbəbi qlobal böhrandırsa, digər tərəfi onun sanksiyalar girdabında olmasıdır.
Ona görə də Qərb İsraili güzəşt masasına gətirmək üçün sanksiya amilindən gen-bol yararlanır. İsrail isə bu danışıqlara ümumiyyətlə qarşıdır, hesab edir ki, nüvə danışıqları İranın nüvə silahı əldə etməsi ilə nəticələnəcək. İran-İsrail münasibətlərindəki düşmənçilik kəşfiyyat fəaliyyətlərini gücləndirəcək və İsrail bu “müharibədə” daha güclü tərəf kimi çıxış edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat