“Tərtər işi”nin düyün nöqtələri AÇILIR? - “...Üzərindən sükutla keçmək olmaz”
Banuçiçək Kalbalıyeva
14:56 01.07.2021
Siyasət
704
Üstündən xeyli müddət keçməsinə rəğmən, “Tərtər hadisələri” ilə bağlı müəmmalar hələ də aydınlığa çıxmayıb. İşgəncələr kimin sifarişi ilə olub? Kimlər haqlıdır? Haqsızlıq edənlər nə vaxt cəzalarını alacaqlar? Bax, bu suallar çoxlarını düşündürür. Beləliklə, xaotik məqamdan yararlanan bəzi qüvvələr manipulyasiyaya cəhd edirlər. Deməli, “Tərtər hadisələri” unudulmamalı, müvafiq qurumların prioriteti olmalıdır. Ən azından insanlıq naminə...
Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc sözügedən hadisə barədə “Sherg.az”a danışdı:
“Məlum olduğu kimi, ordu qapalı sistemdir. Deməli, hadisələrin tam miqyası ilə ictimailəşdirilməsi maraqlı qüvvələrin əlində dövlətə qarşı kampaniyanın tərkib hissəsinə çevrilir. Belə demək mümkünsə, dördqatlı düyün nöqtələri yaradılır. Təsadüfi deyil ki, KİV-dəki bütün açıqlamalar, yazılar, həmçinin xaricdə gedən informasiya savaşı izlənilir, dəyərləndirilir. Deməli, məsələyə həssas yanaşmalıyıq”.
Z.Orucun fikrincə, əsaslı addımlar atılmalıdır:
“Hadisənin, qurbanların üzərindən sükutla keçmək olmaz. Əgər bitərəf komissiya yaradılacaqsa, sözügedən ailələrin üzvləri də orada olmalıdırlar. Qalib ordu ilə bağlı belə xəbərlər ciddi addımların aparılmasını zəruri edir. İlk növbədə isə ordudakı münasibətlər hüquqi müstəviyə keçirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya