
Trampın köhnə palan içi tökməkdə məqsədi qazanc əldə etməkdir - RƏY
Yusif Nəzərli
01:57 04.02.2025
Siyasət
419
“Söhbət milyardlardan gedəcək, Çin üçün bu, ağır zərbəyə çevriləcək”
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Çinə cərimə ödətdirməyə çalışır. Ağ Ev administrasiyasının Kanada, Çin və Meksikaya qarşı ticarət tarifləri tətbiqinin səbəbləri izah edilən sənəddə belə deyilir: “2020-ci ildə COVID-19 pandemiyası Uhandakı biolaboratoriyadan sızma ilə başladı və Amerika iqtisadiyyatına 14 trilyon dollara başa gəldi. On milyonlarla insanın ölümünə səbəb olan və ABŞ iqtisadiyyatına azı 14 trilyon dollara başa gələn COVID-19 pandemiyası Çin Kommunist Partiyasının inkar etməyə davam etdiyi Çinin Uhan şəhərindəki laboratoriyada yaranıb". Koronavirusun Çindən dünyaya yayıldığı məlum həqiqətdir. Bu pandemiyadan bütün dünya zərər gördü. Amma D.Trampın köhnə palan içi tökməkdə məqsədi qazanc əldə etməkdir. Görünür, D.Tramp hesabı Çinə kəsməyə çalışır. Ticarətçi Tramp ölkə iqtisadiyyatına haradan külli miqdarda yatırım gətirə biləcəyini ölçüb-biçir və ilk olaraq da Çini hədəf alıb.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, koronavirus başlayandan bəri bu barədə ciddi iddialar var idi. Çox güman ki, Tramp administrasiyası bunu araşdırmağa başlayacaq:

- Əgər iddialar təsdiqini taparsa, Çin üçün ciddi problemlər yarada bilər. Məhkəmə qərarları olarsa, ölkələr və şəxslərin kompensasiya tələbetmə hüququ yaranacaq. Və bu zaman söhbət milyardlardan gedəcək. Çin üçün bu, ağır zərbəyə çevriləcək. Təbii ki, Tramp administrasiyası bu məsələdən təzyiq mexanizmi kimi istifadə etməyi düşünür. Yəni bu, təzyiq göstərmək üçün irəli sürülmüş, amma həqiqət payı kfayət qədər yüksək olan iddiadır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya